• Aralıqlı oruc pəhrizi

Reseptin məlumatları Baxış sayı: 20 013

Tarix : 29-06-2015, 10:00

Bölmə : Pəhriz (diet)


Qısa bir müddət üçün alternativ pəhriz axtaran və sağlıq problemi olmayanların çətinlik çəkmədən əməl edə biləcəyi pəhriz təqdim edirik. Aralıqlı oruc pəhrizi qidalanmanı müəyyən saatlara bölməyi əsas tutur və yağları tez yandırır.

Aralıqlı oruc pəhrizində yeməli olduğunuz qidaları gün ərzində 8 saata bölün. Qalan 16 saatda yatmadığınız zamanlar maye ağırlıqlı qidalanmanız yetər. Məsələn, səhər 08:00-da oyanmısız, 11:00-a kimi maye ağırlıqlı qidalanmalı, 11:00-dan 19:00-a kimi yeməyi bölməlisiz. Saat 00:00-a kimi yenə maye qəbul etməli, sonra 8 saatlıq bir yuxu müddətinə keçməlisiz.
Protein tərkibli qızardılmış kotlet, toyuq, balıq, pendir, yumurta, süd yeyə bilərsiz.

Karbohidrat dəyəri yüksək meyvə, çörək, taxıl yemək yerinə yağ tərkibi yüksək olan qoz, badam, fındıq, zeytun yeyə bilərsiz.

Bu pəhrizi 8 ilə 12 həftə arasında tətbiq edə bilərsiz. Qan şəkərini azaltdığı, yağ yanmasını sürətləndirdiyi, stressi azaltdığı və kilo verməyə kömək etdiyi deyilir.
Etiketlər: bilərsiz, Aralıqlı, azaltdığı, pəhrizi, yüksək, pəhriz, balıq, dəyəri, pendir, meyvə, yumurta, Karbohidrat, toyuq, müddətinə, saatlıq, sonra, keçməlisiz, Protein, kotlet
BİZİ İZLƏYİN