• Basen yağlarını əridən diyet resepti

Reseptin məlumatları Baxış sayı: 19 847

Tarix : 30-08-2015, 16:00

Bölmə : Pəhriz (diet)


Basen yağlarını necə əritmək olar?

Bədənin müəyyən bölgələrində toplanan yağları yox edib əritmək mümkündür. Düzgün yol izləmək, qidalanma formasını dəyişib müəyyən diyet proqramı tətbiq etməklə məqsədə nail olmaq mümkündür.

Əsas məsələ odur ki, qərar verib, həyatınızda düzgün dəyişikliklər etməlisiniz. Və buna həmişə riayət etmək lazımdır.

1. Karbonhidrat mənbəyi olan təbii qidalar qəbul edin. Tərkibində daha çox lif olan, daha gec həzm olunan, toxluq hissi verən quru paxla və meyvələrin qəbul edilməsi, insan bədənindəki yağ toxumasının miqdarının azalmasına kömək edir. Məsələn, maş lobyası, noxud, çovdar çörəyi, yulaf, heyva, armud, kivi və s.

2. Basen yağlarını əridən diyet edərkən əsas yeməklərdən 30 dəqiqə sonra bir stəkan limonlu yaşıl çay için. Bitki çayları, bədəndəki toksik maddələrin xaric olunmasına kömək edir.

3. Həmişə hərəkət edin. Artıq kilo və müəyyən insan bədəninin müəyyən bölgələrində meydana gələn artıq yağ kütləsi, hərəkət etmək istəyini azaldır. Fiziki qabiliyyətinizə uyğun idman hərəkətləri müəyyən edin.

4. Bədəndəki artıq yağlardan qurtarmaq üçün qidalarınızı müxtəlifləndirin. Sağlam və yetər tərkibli qidalardan meydana gələn diyet yeməkləri qəbul etməniz, kilo vermənizə kömək edər. Buna görə də gün ərzində farqli qidalar (taxıl, ət, süd, səbzə, meyvə) qəbul etməlisiniz.

5. Alkaqollu içkilərin qəbul edilməsi, fiziki aktivlik və düzgün qidalanma ilə tənzimlənməzsə, kilo artışının qarşısını almaq mümkün olmaz.

6. Lazımi miqdarda su qəbul edin. Su bədəndəki ödem və zərərli maddələrin xaric olmasına kömək edir və toxluq hissi verir. Yeməkdən 15-20 dəqiqə əvvəl 1 stəkan su qəbul etməniz daha az qida qəbul etmənizə kömək edər.

7. Bədəndəki ödemi xaric edən içki: qəbul edin
Etiketlər: qəbul, kömək, müəyyən, diyet, xaric, hissi, artıq, stəkan, toxluq, dəqiqə, gələn, Bədəndəki, etmək, etməlisiniz, düzgün, qidalar, etməniz, qidalanma, yağlarını, əritmək
BİZİ İZLƏYİN