• Zəifləmək üçün 6 məsləhət

Reseptin məlumatları Baxış sayı: 16 897

Tarix : 15-09-2015, 22:00

Bölmə : Pəhriz (diet)


Qidalanma alışqanlığınızı dəyişdirərək asanlıqla incə qalmaq mümkündür. İncə bədənə sahib olmaq üçün təklif etdiyimiz 6 tövsiyyəni mütləq gözdən keçirdin.

Buyurun, zəifləmək üçün təkliflər:

1. Zülal (protein) qəbul edin.
Gün ərzində yeməklərinizdə mütləq zülal qəbul edin. Zülallı (proteinli) qidalar insana enerji verir və tez acıqmanın qarşısını alır.

2. Yemək vaxtlarının arasını uzatmayın:
Hər 3 saatda bir az da olsa qida qəbul edin. İnsan uzun müddət ac qaldıqda yemək yeyərkən daha çox qida qəbul edəcəksiniz və daha çox kalori alacaqsınız. Yeməyi dəqiq müəyyən vaxtlarda saatla qəbul edin.

3. Daha çox səbzə qəbul edin.
Hər yeməkdə qida rasyonunuzun yarısını təzə səbzə yeməkləri və ya buxarda bişmiş mövsimi səbzələr təşkil etsin. Lif, mineral və vitamin cəhətdən zəngin səbzələr istehlak etməklə siz, sağlam qidalanmayla yanaşı, eyni zamanda yüksək kalori də almamış olarsınız.

4. Evdən kənarda yemək yeməyin.
Kənarda yemək yemək alışqanlığınızı minimizə edin. Restoranlarda porsiyanın miqdarını təyin etməniz mümkün deyil. Bununla yanaşı yeməklərin tərkibindəki yağ miqdarına da nəzarət etməniz mümkün deyil. Ona görə da artıq kalori qəbul edəcəksiniz. Restorantdakı çox masum görünən bir yemək, əslində böyük bir kalori deposu ola bilər.

5. Su için
Bədəndəki su nisbətini lazımi miqdarda saxlamaq üçün gün ərzində 2-2,5 litrə su için. Bəzən insan suya ehtiyacı olmasına rağmən bunu aclıq kimi qəbul edir və susuzluq aclıq duyğusuyla qarışır. Acıqdığınızı hiss etdikdə böyük bir stəkan su için. Biraz gözlədikdən sonra aclığınız keçmədisə bundan sonra qida qəbul edin.

6. Dadlandırıcı istifadə etməyin
Sıfır kalorili olsa da, tərkibində dadlandırıcı olan qida və içkiləri qəbul etməyin. Belə qida və içkilər istehlak edildiyində insanın çox xoşuna gəlir. Ancaq daha sonra köp və daha çox şəkərli qida istəmə hissi yaradır.
Etiketlər: mümkündür, qəbul, yemək, kalori, sonra, ərzində, səbzə, edəcəksiniz, səbzələr, etməniz, etməyin, böyük, deyil, mümkün, istehlak, yanaşı, mütləq, zəifləmək, alışqanlığınızı, Bədəndəki
BİZİ İZLƏYİN