• Yay pəhrizi

Reseptin məlumatları Baxış sayı: 11 629

Tarix : 16-08-2016, 15:00

Bölmə : Pəhriz (diet)


Hər birimiz istirahət arzulayaraq yay tətilini səbirsizliklə gözləyirik. Hara getməyimizdən və nə qədər vaxt olmağından asılı olmayaraq, pəhrizə davam edək *

Tətil cazibədarlığı
Bu pəhrizin əsasları bunlardır:

az, lakin tez-tez yemək,
Çoxlu maye qəbul etmək,
Tərəvəzlər və meyvələr, vitaminlərin ən yaxşı mənbəyi,
Yüngül pəhriz qaydalarına əməl etmək
pəhrizi
Az, lakin tez-tez yemək
Əgər günün sonunda çox yesək, qida mədədə qalacaq, qıcqırma, yanğı və ümumi ağırlıq hiss edəcəyik. Ona görə də, yaxşı olar ki, gün ərzində, 4-5 kiçik yemək yeyilsin və bu hər 3-4 saatdan bir edilsin.

Çoxlu maye qəbul etmək
Quru hava, dəniz brizləri, yüksək yay temperaturu və günəşdə qalmaq bədəndəki suyu normaldan daha çox israf edir. Su insan bədəninin ilkin komponentidir. Bütün orqanizm prosesləri su ilə bağlıdır. Buna görə, mümkün qədər çox maye qəbul etmək lazımdır. Bu, həzmi sürətləndirir və bədəni toksinlərdən azad edir. Su bədən hüceyrələrinin əsas elementidir. Bədəndəki susuzluğun effektləri quru dəri, qırışlar və qıcıqlanma olur. Unutmayın ki, yay vaxtı gündəlik ən azı 2,5 litr su içməliyik.

Kiçik porsiyalar
Yeməyi müntəzəm olaraq yeyin, bu yolla siz bədəninizi lazımi enerji ilə təmin edəcək və bağırsaq hərəkətlərini inkişaf etdirəcəksiniz. Qidanın miqdarı az olanda mədə daha yaxşı işləyir və onu tezliklə həzm edir.
Tərəvəzlər və meyvələr- vitaminlərin ən yaxşı mənbəyi
Əgər günəşdə daha çox vaxt keçirsək, dərimizin rəngi yaxşı olacaq, lakin sağlamlığımız da pisləşəcək. Bunun təsirləri dərinin yaşlanması, ləkələr və gün şüalarına məruz qalan toxumalardakı dəyişikliklər olur. Günün qarşısını alan düzgün kosmetika işlətmək vacibdir (ən azından faktor 15) ki, dərimiz effektiv olaraq günəşdən qorunsun. Bundan başqa, çoxlu təzə tərəvəzlər və meyvələr yemək lazımdır. İlkin olaraq, vitaminlərdən A, C və E və antioksidantlarla zəngin olanları seçmək lazımdır. Onlar günəş şüalarının səbəb olduğu bədəndəki azad radikallarla mübarizə aparır.

Aşağıdakılar adlarını çəkilən vitaminlərin ən yaxşı mənbəyidir:
A: (beta karotin): sarı, narıncı və yaşıl rəngli tərəvəz və meyvələr- kök, balqabaq, yaşıl noxud, lobyalar, brokoli, ərik, şaftalı, yemiş
C: quşburnu, giləmeyvə,sitrus meyvələri, bibər, pomidorlar, cəfəri, kələm, kartoflar, yabanı turp,
E: tərəvəz yağları, göyətri və toxumlar ( xüsusilə buğda), yarpaqlı tərəvəzlər: cəfəri, ispanaq, kahı və qarğıdalı.

Fiziki məşqləri unutmayaq
Dənizkənarına və ya dağlara gedərkən özünüzlə velosiped götürün və çimərlikdə uzanmaq əvəzinə pedallayın. Səhər yürüyüşündən sonra siz gün ərzində daha aktiv olacaqsınız. Üzmək, üzmək və…… yenə də üzmək tövsiyyə olunur. Bu, bədəniniz üçün, xüsusilə də onurğanız üçün çox faydalıdır!
Yüngül pəhriz tutun
Uzun yay günündə enerijini qorumaq çox çətindir. Həzm prosesi zəifləyir , buna görə də orqanizmi artıq yükləməmək üçün mədənizdə uzun müddət qalan ağır yeməklərdən çəkinin. Qida elementləri ilə zəngin yüngül yeməklər məsləhət olunur.

Yüngül pəhrizin əsasları:
yağlı, ağır yeməklərdən (yağlı ət, soyuq ət, souslar) çəkinin
Qızardılmış, xüsusilə qovrulmuş ərzaqlar yeməyə dəyməz
yaxşı olar ki, bişmiş, buxara verilmiş, az qızardılmış (sote) və folqada bişmiş yeməklər yeyəsiniz
kremli və krakerli suplardan çəkinin
qurudulmuş ərzaqlar yeməyin
Menyu
Səhər yeməyi:
Südlə buğda məhsulu, tam-buğda qurabiyəsi ilə soğanlı pendir, limonlu soyuq çay (ice-tea)
Lanç:
Meyvə salatı
Nahar:
tomatla bişmiş toyuq əti, bişmiş ispanaq, kök-alma şirəsi, buzlu və limonlu su
2-ci Nahar:
ayran və meşə meyvələri
Şam yeməyi:
3 dilim tam-buğda çörəyi, az qaynadılmış yumurta, ərik, çay
Etiketlər: yaxşı, meyvələr, etmək, bişmiş, buğda, yemək, lazımdır, qəbul, xüsusilə, olaraq, Yüngül, çəkinin, lakin, vitaminlərin, ispanaq, tərəvəz, yeməyi, qalan, yeməklərdən, soyuq
BİZİ İZLƏYİN