Sağlam pəhriz vasitəsilə həyat tərzini dəyişməklə bağlı məsləhətlər tez-tez ziddiyyətli olur. Cazibədar bikini görünüşü üçün nəyi və necə yeməli? *
Müxtəlif ərzaq və müxtəlif hazırlama metodlarla sağlam pəhriz hazırlayın. Tanış tamlara ilişib qalmayın, müxtəlif yeməkləri dadmağa cəhd edin!
Yağlılığı az olan ərzaqlar yeyin: bişirmək və ya qızartma üçün marqarin və ya tərəvəz yağlarını seçin, həmişəkindən daha az duz istifadə edin.
Desert üçün meyvə yeyin, yeməkdən öncə, yemək arası və ya sonra şirniyyat yeməkdən çəkinin.
Gündəlik olaraq süd için, pendir, kəsmik, qatıq, yoqurt yeyin.
Həftədə bir neçə dəfə çiy meyvə, tərəvəz, buxarda bişirilmiş paxlalı bitkilərdən – lobya, noxud, mərci yeyin. Hər zaman süfrənizdə qara çörək olsun. Qarnir olaraq, düyü və makaron əvəzinə kartof və ya buxarda bişirilmiş tərəvəzləri seçin. Yeyərkən sakit və rahat mühit seçin.
Günlük məhdudiyyətsiz istehlak üçün tövsiyyə olunur: meyvələr, tərəvəzlər, paxlalı bitkilər, balıq, qara çörək, kartof və su.
Orta dərəcədə istehlakı tövsiyyə olunanlar: yağsız ətlər və ət məhsulları, az yağlı süd və süd məhsulları, yumurta, makaron.
Çəkinməyiniz yaxşı olar: şirniyyatlar, şəkər, şəkərli məhsullar, yağlı ətlər, qaymaq, duz, spirtli içkilər, pivə, və siqaret.
Sonda oduğuna baxmayaraq vacib: sağlam pəhrizi tamamlamaq və əla bikini görünüşü əldə etmək üçün müntəzəm məşqlər edin.
Etiketlər: yeyin, seçin, olaraq, buxarda, yeməkdən, meyvə, paxlalı, tərəvəz, çörək, məhsulları, yağlı, ətlər, tövsiyyə, makaron, kartof, sağlam, bişirilmiş, görünüşü, bikini, müxtəlif