• Bir arıqlama proqramında edilə biləcək ən böyük dieta yanlışlarından biri

Reseptin məlumatları Baxış sayı: 11 966

Tarix : 20-10-2016, 11:00

Bölmə : Pəhriz (diet)


Xanımlar #dieta zamanı qidanı düzgün tənzimləyə bilməmə halları ilə tez-tez rastlaşırlar. Siz də rastlaşmısınızmı?

Bir arıqlama proqramında edilə biləcək ən böyük dieta yanlışlarından biri karbohidratı dieta siyahısından silməkdir.

Unutmayın ki, bədəninizin bütün qidalara ehtiyacı vardır və önəmli olan bunları kifayət qədər istifadə edə bilməkdir.

Xüsusilə, yaz-yay aylarına girdiyimiz bu vaxtlarda bir çox insandan dietaya başladıqlarını və bu səbəblə çörək, makaron və düyü kimi karbohidratla zəngin qidaları yemədiklərini eşidirik.

Karbohidratı kəsmək müəyyən bir müddət sonra insanda əzələ itkisinə, yorğunluğun, əsəbi pozğunluğun yaranmasına səbəb ola bilməkdədir. Bu səbəblə bu kimi dieta yalnışlıqları etməmək üçün sağlıqlı bir dieta siyahısına əlavə olunması lazım olan karbohidratı bərk buğda növündən olan makaronlar, düyü, qarabaşaq, meyvə, şorba kimi kompleks qidalardan rahatlıqla qəbul edə bilərsiniz.
Etiketlər: dieta, karbohidratı, səbəblə, itkisinə, əzələ, insanda, yorğunluğun, əsəbi, səbəb, yaranmasına, pozğunluğun, sonra, müddət, yemədiklərini, qidaları, zəngin, eşidirik, Karbohidratı, müəyyən, kəsmək
BİZİ İZLƏYİN