• Çəki itirməyin 5 sadə qaydası!

Reseptin məlumatları Baxış sayı: 3 048

Tarix : 14-09-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Özünüzü artıq çəkili, kökəlmiş hiss etməyə başladığınızda bədbinləşə, hətta depressiyaya düşə bilərsiniz. Bu halların baş verməməsi üçün sizə çəki itirməyin 5 sadə qaydasını təqdim edirik:

1. Günlük tutun: Yediklərinizin günlüyünü tutmağa başladığınızda daha az yediyinizi və yediklərinizin keyfiyyətinə diqqət yetirdiyinizi görəcəksiniz.

2. Yeriyin: Hər gün bir saat yeriyin. Bu təkcə çəki itirmək üçün deyil, ümumiyyətlə bədəninizin sağlamlığı üçün də lazımlıdır.

3. Hərəkət edin: Hər yerə avtomobillə getməyin, marşrutdan evinizə bir az məsafə qalmış düşün və gəzərək gedin. İdmanla məşğul olmağa vaxtınız olmaya bilər, lakin mətbəxdə çayın qaynamasını gözləyərkən sadə hərəkətlər edə bilər, telefonla gəzə-gəzə danışa bilərsiniz.

4. Yemək yediyiniz qabları kiçildin: Daha kiçik boşqablardan istifadə edin və çalışın qarnınızdan əvvəl gözünüz doysun.

5. Fikir verməyin: Kilonuzu beyninizə salmayın, çünki bu zaman daha artıq çəki alma riskiniz yarana bilər. Stress həm aclıq yaradır, həm də bədəndə şişkinliyin yaranmasına səbəb olur. Buna görə də artıq çəkinizə fikir verməyin, sağlam və düzgün qidalanmağa diqqət yetirin.
Etiketlər: artıq, bilər, bilərsiniz, verməyin, başladığınızda, diqqət, kiçik, kiçildin, qabları, yediyiniz, boşqablardan, istifadə, əvvəl, qarnınızdan, çalışın, Yemək, danışa, mətbəxdə, lakin, yetirin
BİZİ İZLƏYİN