• 7 gündə 7 kiloqram

Reseptin məlumatları Baxış sayı: 4 547

Tarix : 7-09-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Son zamanlar kitabı ilə ortalığa böyük səs salan məhşur dietoloq Pierre Dukan–nın öz adi ilə səslənən “Dukan dietası” kitabına minnətdar olduqlarını bilirik artıq fransız qadınlarının. Dukan dietası bundan tam 10 il əvvəl Fransız qadınları ilə tanış edildi. 1.5 milyon Fransız qadın bu dieta ilə arıqladı.

Bəs nədir bu Dukan dietası? Karbohidrat sevənlər – sizin üçün kədərlidir, çünki bu bir protein (zülal) dietasıdır! Yağsız proteinləri, süd məhsullarını, balıq və toyuq ətləri bu dietaya daxildir.

Dietanın ilk dövrü
Dietanın ilk dövrü olduqca kəskindir. Sadəcə ət, balıq, yumurta və yağsız süt məhsulları yeməliyik. Bu dövr 5-10 gün müddətindədir. İlk 5 gün 3 kilo itirməyiniz gözlənilir.

Bu saf protein dietasında ağız quruluğu və agızdan iy gəlmə kimi hallar yaşaya bilərsiniz. Ancaq hər iki hal da, kilo itirdiyinizə bir işarədir. Bu halın aradan qaldırılması üçün daha çox su içməyinizi məsləhət görür Dukan. İlk 4 gündən sonra qəbizlik problemi yaşaya bilərsiz. Bu probelmin həll edilməsi üçün də yulaf kəpəyinizə 1x.qaşığı buğda əlavə etməniz kifayətdir.

Bu dövrdə siyahıda olan hər şeydən azad şəkildə yemə haqqınız var. Dietanın missiyası: “İstədiyin qədər və istədiyin zaman ye!” Qulağa xoş gəlir elə deyilmi?

Dukan dietasının dövrləri
1.dövr: İlk 5-10 gün sadəcə protein yeyirsiniz. (Ət, balıq və yağsız süt məhsulları)

2.dövr: Sırası ilə “tərəvəz və protein günləri” və sadəcə “protein günləri”. Tərəvəzli günlərdə limitsiz tərəvəz yeyə bilirsiniz.

3.dövr: Hər gün protein və tərəvəz günü. Amma bir miqdar meyvə və 2 dilim pendir yeyəbilirsiniz hər gün.Həmçinin həftənin 1-2 günü karbohidratlı yeməklər yeyə bilirsiniz.(Makaron vəya Plov). Həftədə 2 dəfə “Hədiyyə naharı” formasında istədiyiniz hər şeyi yeyə bilirsiniz.

4.dövr: Bu dövrdə nə sevirsinizsə hər hansı bir sərhəd olmadan və özünüzü günahkar hiss etmədən yeyə bilərsiniz. Ancaq qayda budur: Hər 4-cü gün saf protein günü ! DAİMA!

Protein dövrünün qaydaları:
Keçi vəya dana əti , hətta dovşan əti yeyə bilərsiniz amma qoyun əti olmaz. Təbii ətin yağlı hissələrini yeməməyə diqqət göstərməlisiniz. Əti izqarada, peçkada bişirilmiş ya da soyutma olaraq yeyə bilərsiniz. Təbii ki, duru yağ, kərə yağı və hər hansı bir krem və ya sous əlavə etmədən. YAğsız qızartma yolunuda seçə bilərsiniz. Bunun üçün tavanın içinə çox az duru yağ çəkin və əti qızardın. Qiyməni yumurta, mxtəlif ədviyyatlarla qarışdırıb yeyə bilərsiniz.

Toyuq əti yeyə bilərsiniz. Təbii ki yeməmişdən əvvəl dərisini soymaq çərti ilə. Və qanadları xaric bütün hissələrini yeyə bilərsiniz.

Az yağlı ya da yağsız vetçina yeyə bilərsiniz. Buxara və ya hisə verilmiş məhsulları, pişmiş vəya hisə verilmiş vetçina yeməyin, çünkü bü formada çox yağlıdır.

Keçi əti, dana əti və toyuq ciyəri yeyə bilərsiniz.

Bütün balıqları: təzə, dondurulmuş, hisə verilmiş, konserva, qurudulmuş halda yeyə bilərsiniz.

Bütün qabıqlı dəniz heyvanlarını yeyə bilərsiniz.

Gündə 2 yumurta və ya daha artıq yeyə bilərsiniz. Əgər yüksək xolestrol probleminiz varsa, həftə üçün 3 vəya 4 yumurta sarısı yeyəbilərsiniz. Yumurtanın sarısı qadağandır !.(Xolestrolu olanlar üçün)

Yağsız süt məhsulları: qatıq, süzmə pendir, yaösız süt yeyə bilərsiniz. Sadə qatıq yada hindistan qozu, vanil, limon ilə dadlandırılmış qatıq limitsiz yeyə bilərsiniz ! Amma yağlı qatıq və ya meyvəli yoqurtu gündə 2 dəfə ilə limitləndirməlisiz.

Dadlandırıcılar, sirkə,ədviyyatlar, şəfalı otlar, sarımsaq, soğan, xiyar, limon suyu (sadəcə yeməklərin üzərində içəcək olaraq deyil), xardal, duz (minimum miqdarda), az miqdarda şəkərsiz ketçup, şəkərsiz saqqız qadağan deyil .

Əlavə qanunlar:
– Gündə 1.5 l su içməlisiniz. Bu, mədənizdə doluluq hiss etməyinizə köməkçi olacaq. Çay, kofe və diyet içəcəkləri də həmçinin istifadə edə bilərsiniz.

– Gündə 1.5 x.q yulaf kəpəyi (Misal üçün qatığın üzərinə va ya bilincikin içərisinə) mütləq yeməlisiniz

– Hər gün 20 dəqiqə sürətli şəkildə gəzməlisiz

– Bütün yağlardan hətta duru yağdan belə uzaq durmalısınız.

Tərəvəz Dietası
Həftənin 2 günü ( 1ci gün və 4 cü günlər) saf protein günləri, digər günlər isə tərəvəz ilə sintez olunmuş protein günləri təyin edə bilərsiniz.

Ət və ya balıqla birlikdə yeyə biləcəyiniz : çiy , buxarda bişmiş, soyutma edilmiş və ya falqa ilə peşkada bişirilmiş tərəvəzlər bunlardır: Enginar, Badımcan, brokoli, kələm, cəfəri, qabaq, radika (quş əppəyi), rəzyənə, xiyar, göbələk, balqabaq, kahı, turp, quzuqulağı, yaşıl noxud, ispanaq, pomidor.

Diqqət !
Yerkökü və çuğundur da bu siyahıya daxildir. Ancaq bunlar karbohidrat olduğu üçün, hər gün yeməkdən istifadə etməkdən uzaq durun.

Tərəvəz və protein günü dietası:
Səhər yeməyi: Kofe (Yağsız süt və ya dadlandırıcı ilə) yada çay (dadlandırıcı ilə) , 225 qrama qədər yağsız pendir vəya qatıq, bir dilim hind quşu əti yada toyuq əti, 1 ədəd yumurta

Qəlyanaltı: Bir ədəd balaca qatıq ya da 115 qram yağsız pendir

Nahar: Göbələk, ton balığı, kofe mate ile kofe
Qəlyanaltı: Bir dilim balıq vəya toyuq, yulaf kəpəyi ilə hazırlanmı. blincik vəya pankek (2 xörək qaşığı yulaf əlavə etmək kifayətdir)
Axşam: Balqabaq supu , dana əti kababı, süd və yumurtadan hazırlanmış istədiyiniz bir şirniyyat.
Etiketlər: bilərsiniz, protein, qatıq, yumurta, yağsız, məhsulları, toyuq, Dukan, balıq, pendir, yulaf, Dietanın, bilirsiniz, tərəvəz, sadəcə, yağlı, dilim, Yağsız, Ancaq, Bütün
BİZİ İZLƏYİN