• Çapati resepti

Reseptin məlumatları Baxış sayı: 3 056

Tarix : 23-01-2018, 12:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 st. buğda unu
1 st. covdar unu
1/2 ç.q. duz
1/2 st. isti su
Üstünə sürtmək üçün kərə yağı

Hazırlanması:
Buğda unu və covdar ununu qarışdırırıq. İçinə duz və isti su əlavə edirik.
Xəmir yumuşaq olmalıdır, lakin ələ yapışmamalıdır. Xəmiri 10 dəqiqə ərzində yoğurun.
Sonra 30 dəqiqəlik üstünü örtərək qırağa qoyun.
Xəmiri 6-8 hissəyə bölüb nazik yayın və quru tavada iki üzünü qızardın.
İsti çapatiya kərə yağı sürtün. Və süfrəyə isti servis edin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: Çapati, Xəmiri, covdar, qoyun, bölüb, qırağa, hissəyə, örtərək, dəqiqəlik, üstünü, nazik, yayın, sürtün, süfrəyə, servis, çapatiya, qızardın, tavada, üzünü, Sonra, ərzində
BİZİ İZLƏYİN