• Bilməniz gərəkən 7 xəmir növü - düşbərə xəmiri resepti

Reseptin məlumatları Baxış sayı: 4 125

Tarix : 25-04-2018, 12:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Düşbərə-çox dadlı yeməyimizdir. Düşbərə bişirmək üçün xəmirin hazırlanması ilə bağlı məlumatınız yoxdursa, bu xəbər sizin üçündür.
-Xəmiri yoğurmaq üçün istifadə edəcəyiniz un mütləq ələnmiş olmalıdır
-Xəmiri bir istiqamətdə olmaq şərti ilə yoğurun
-xəmiri yoğurduqdan sonra üzərinə təmiz dəsmal salıb 30 dəqiqə gözləməlisiniz
-xəmiri yayan zaman qalınlığı 1-2 mm artıq olmamalıdır

Tərkibi:
Un – 500qr
Yumurta – 2 ədəd
Duz- 0,5 ç/q
Duru yağ – 1 x/q

Hazırlanması:
Unu ələyin, ortasında yuva açın, ortasına duz, yumurta, duz, yağı və lazımi qədər su tökərək xəmir yoğurun. Xəmiri səliqəli şəkildə eyni istiqamətdə olmaqla, kənardan ortaya doğru yoğurun. Nə qədər çox yoğursanız, bir o qədər elastik olacaq xəmir. Hazır xəmirin özünü tutması və yaxşı yayılması üçün 30 dəqiqə gözləyin. 1-2 mm qalınlığında yayıb dördkün ckəsin, içliyi qoyub düşbərələri bükün. Qaynanmış duz əlavə olunmuş suda 10-15 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, Xəmiri, yoğurun, qədər, xəmiri, xəmir, Düşbərə, istiqamətdə, xəmirin, kənardan, olmaqla, ortaya, doğru, elastik, yoğursanız, şəkildə, səliqəli, lazımi, yumurta, bişirin
BİZİ İZLƏYİN