• Sobada piroşki resepti

Reseptin məlumatları Baxış sayı: 4 134

Tarix : 31-08-2018, 12:00

Bölmə : Duzlu xəmir işləri / Börəklər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
300 ml. qatiq
2 yumurta
100 mk. süd
Ə150 ml. əridilmiş kərə yaği (günəbaxanla əvəz etmək olar)
15 qr. quru maya
1-2 x.q. şəkər tozu
5 st. un
duz

Hazırlanması:
1. Süd isidilir, içinə maya və şəkər tozu əlavə olunur. Qarışdırılır və mayalanması üçün 15 dəqiqə isti yerdə saxlanılır. Süd iliq olmalıdır, qəti isti olmamalıdır! əks halda maya "işləməz".
2. Qabarmış mayanın içinə qatıq, yumurta, duz və yağ əlavə olunur. Qarışdırılır.
3. Əələnmiş un əlavə edərə, yumuşaq xəmir yoğurulur. Üstü bağlı şəkildə isti yerdə mayalanmağa qoyulur.
4. Mayalanmış xəmir birdə yoğurulur və 20-25 kündələrə bölünür.
5. Hər kündə əllə yayılaraq içinə 1 x.q. içlik qoyulur. Xəmirin uclarını bərkidərək forma verilir. Üstünə yumurta sarısı çəkilir və 15 dəqiqə saxlanılır.
6. 170 dərəcəyə kimi isinmiş sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, dəqiqə, yumurta, içinə, Qarışdırılır, olunur, xəmir, qoyulur, yoğurulur, yerdə, saxlanılır, şəkər, kündə, qızarana, yayılaraq, içlik, bişirilir, bölünür, olsun, birdə
BİZİ İZLƏYİN