• Pendirli tart resepti

Reseptin məlumatları Baxış sayı: 2 538

Tarix : 25-02-2019, 12:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 su stəkanı un,
1 çay stəkanından bir az çox süd,
1 ədəd yumurta,
Yarım çay stəkanı zeytun yağı,
1 çay qaşığı duz,
2 çay qaşığı quru maya,
1 çay qaşığı şəkər,

Pendirli tartın içi üçün:
400 qr lor pendiri,
1 su stəkanı holland pendiri rəndəsi,
1 su stəkanı pendir,
4 yumurta (birinin sarısını xəmirin üzərinə sürtmək üçün),
Yarım dəstə cəfəri,
yarım dəstə şüyüd,
Lor pendiri duzsuzdursa duz,
1 çay qaşığı istiot,
Arzuya görə qırmızı bibər

Hazırlanması:
Xəmir üçün lazım olan ərzaqları bir qabda qataraq çox da yumşaq olmayan(qulaq ucu təki) bir xəmir yoğurun.
Xəmirin üzərini örtüb mayalanmağa qoyun.
Xəmir mayalandığı zaman ərzində içliyini hazırlayın.
Pendiri, cəfərini, ədviyyatları qarışdırın.
Yumurtaları içliyi xəmirin üzərinə yaymadan əvvəl qırın ki, sulanmasın.
Yumurtaların bir dənəsinin sarısını ayrıca qoyun ki, tartın üzərinə sürtəsiniz.
Xəmiri vərdənə ilə yarım sm qalınlığında yayın və 28 sm ölçüsündə olan tort qəlibinə xəmiri yayın.
Qabın kənarlarında qalan artıq xəmiri vərdənə ilə basdıraraq kəsin.
Üzərini çəngəllə müəyyən aralıqlarla deşin ki, çox qabarmasın.
Yumurtaları qırıb qarışdırdığınız iç xərcini qəlibdəki xəmirin üzərinə yayın.
Artıq qalan xəmirləri isə kiçik ölçülü qəliblərlə yarpaq şəklində kəsib tartın üzərinə müəyyənn aralıqlarla düzün.
Tartın üzərinə düzdüyünüz yarpaqları və tartın qalan hissələrinə hazırladığınız yumurta sarısını vurun.
Fırını əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
Hazırladığınız tartı əvvəlcədən qızdırdığınız fırında üzəri nar kimi qızarana qədər bişirin.
Tartın üzəri qızarandan sonra fırından çıxardın.
Tartı fırından çıxardaraq 20 dəqiqəyə yaxın dincə qoyun.
Artıq tartımız hazırdır.

Nuş olsun!
Etiketlər: üzərinə, qaşığı, tartın, stəkanı, pendiri, yayın, sarısını, qalan, xəmirin, qoyun, yumurta, üzəri, aralıqlarla, xəmiri, Yumurtaları, Xəmir, Artıq, əvvəlcədən, Tartın, yarım
BİZİ İZLƏYİN