• Luçenik (Qarğıdalı unlu duzlu keks) resepti

Reseptin məlumatları Baxış sayı: 2 540

Tarix : 13-05-2019, 12:00

Bölmə : Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4-5 yumurta,
1 kasa qarğıdalı unu,
4-5 qaşıq ağ un,
1 dəstə təzə soğan ( Pırasa və ya Ispanaq ),
1 kasa qatıq,
1 stəkan duru yağ,
1 stəkan şor ( Arzuya görə ),
1 qabartma tozu,
Kərə yağı,
Şəkər,
duz

Hazırlanması:
Yumurtaları dərin bir qabda çırpın.
Qatıq və duru yağı əlavə edib çırpmağa davam edin.
Qarğıdalı unu və ağ unu bir yerdə qatıb içərisinə qabartmatozu əlavə edin.
Bundan sonra digər ərzaqları da əlavə edib qarışdırın.
Soğanları incə-incə doğrayıb içərisinə arzuya görə şor əlavə edin.
Təzə soğan ana malzəmədir.
Bundan əlavə ispanaq və ya pırasa ilə də hazırlaya bilərsiniz.
1 yemək qaşığı qədər şəkər tozunu və duz əlavə edin. Bütün ərzaqları da bir qaşıq yardımı ilə əzdirmədən qarışdırın və yarı axışqan boza qatılığında bir çeşid duzlu keks xəmiri əldə edin.
Yağlanmış bir fırın sinisinə bu xəmiri çox da qalın olmayacaq şəkildə yayın.
Qaşığla azca oyuq halına gətirilmiş malzəmənin üzərinə bir parça kərə yağı qoyun və nar kimi qızarana qədər bişirin.
Kərə yağını keks fırından çıxmazdan bir neçə dəqiqə qabaq da əlavə edə bilərsiniz.
Qızaran bir Liçenikin üzərinə kərə yağı sürtərək keksin üzərini parıldadıb bir neçə dəqiqə dadını verməsi üçün fırınlamağa davam edin.
Ardından fırından alıb kənarda bir müddət dinləndirin.
Soyuyunca dilimləyib servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, Bundan, xəmiri, içərisinə, davam, fırından, ərzaqları, qədər, bilərsiniz, üzərinə, qarışdırın, dəqiqə, qaşıq, stəkan, soğan, gətirilmiş, malzəmənin, dilimləyib, qoyun, parça
BİZİ İZLƏYİN