• Qarğıdalı unlu və duzlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 2 629

Tarix : 16-05-2019, 12:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2.5 su stəkanı un,
1 su stəkanı qarğıdalı unu,
1 paket qabartma tozu,
2 yumurta,
1 su stəkanı süd,
125 q kərə yağı.
5 ədəd qurudulmuş pomidor,
1 çaystəkanı bişmiş qarğıdalı,
Yarım çay stəkanı doğranmış qara zeytin,
Yarım su stəkanı rəndələnmişpendir,
1/4 dəstə doğranmış şüyüd,
1/4 dəstə doğranmışcəfəri,
3 ədəd doğranmış təzə soğan,
1 çay qaşığı duz,
1/2 çay qaşığı istiot
Üzəri üçün:
1 ədəd yumurta sarısı,
1 yemək qaşığı küncüd,

Hazırlanması:
Dərin bir kasaya qarğıdalı unu və buğda ununu ələyin.

Qabartma tozunuəlavə edib qarışdırın.

Ayrı bir kasada yumurtaları çırpın.

Üzərinə südü əlavə edərək qarışdırın.

Əridib ilıtdığınız kərə yağı, küp doğradığınız qurutulmuş pomidor, bişirilmiş qarğıdalı dənələri, doğranmış qara zeytin, rəndələnmiş pendir, incə -incə doğranmış göyərti, duz və istiotu da əlavə edərək yaxşıca qarışdırın.

Hazır xəmiri dörtkünc bir keks qəlibinə tökərək üzərinə çırpılmış yumurta sarısı sürtün və küncüd səpin.

Əvvəlcədən 180 dərcə qızdırdığınız fırında 30-35 dəqiqə bişirin.

Soyuduqdan sonra dilimləyərək servis edin .

Nuş olsun!
Etiketlər: doğranmış, stəkanı, qarğıdalı, qarışdırın, yumurta, qaşığı, zeytin, dəstə, sarısı, əlavə, küncüd, Yarım, pomidor, edərək, qəlibinə, Hazır, dörtkünc, xəmiri, göyərti, rəndələnmiş
BİZİ İZLƏYİN