Tərkibi:3 ərinmiş pendir
2 yumurta
4 x.q. un
1 çimdik duz
100 ml süd
1 l bitki yağı (fritür üçün)
şəkər tozu, duz - zövqə görə
Sous üçün:100 q bərk pendir
2 x.q. ərinmiş pendir
2 x.q. qaymaq
2 x.q. mayonez
Hazırlanması:
Klyar üçün xəmir: yumurtanı ləyənə qırın, süd əlavə edib çalın. Qarışdıraraq un, soda, duz, şəkər tozu əlavə edib eynicinsli kütlə alınanadək çalın.
Sous: bərk və ərinmiş pendiri doğrayın, qaymaq, mayonez əlavə edib blenderdə xırdalayın.
Klyar üçün ərinmiş pendirlərin hər birini 4-6 yerə bölün.
Bunları uzun çubuqlara taxın. Çubuğun ucuna taxdığınız pendir kubiklərini klyara batırın, sonra isə tavada yaxşı qızmış yağa salın. Çalışın, pendir kubikləri tavada bir-birinə dəyməsin (yapışacaq).
Müntəzəm olaraq çevirin ki, bütün tərəfləri qızarsın.
Hazır kubikləri boşqaba düzün, yanına sous tökün.
Nuş olsun!
Etiketlər: pendir, ərinmiş, əlavə, Klyar, qaymaq, çalın, tavada, kubikləri, mayonez, şəkər, klyara, kubiklərini, birinə, dəyməsin, batırın, salın, yapışacaq, yaxşı, sonra, qızmış