• Kartoflu xvorost resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 213

Tarix : 17-10-2014, 22:00

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 kartof
3 x.q. un
2 yumurta
duz
fritür üçün bitki yağı

Hazırlanması:
Kartofu təmizləyib suda bişirin, püre hazırlayın. Duz vurun. Yumurtanın ağı ilə sarısını ayırın. Ağını köpüklənənədək çalın. Pürenin içinə həm yumurta sarısını, həm də çalınmış ağını əlavə edin, tədricən un səpə-səpə xəmir yoğurun.
Üstünə un səpilmiş lövhənin üstündə xəmiri nazik yayın. Romb şəklində doğrayın, hər rombun ortasında bıçaqla uzununa yarıq qoyun.

Hər rombun bir tərəfini bu yarıqdan keçirib çevirin. Hər iki əlinizlə rombu iki tərəfdən tutaraq azca dartın. Qaynar yağda qızılı rəng alanadək qızardın. Üstünə duz və istiot səpin. Üyüdülmüş çili, qırmızı istiot, zirə qarışığını da səpə bilərsiniz.
Kartoflu xvorost resepti - FOTO RESEPT

Kartoflu xvorost resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Üstünə, sarısını, rombun, istiot, yumurta, doğrayın, yarıqdan, keçirib, əlinizlə, çevirin, tərəfini, qoyun, bıçaqla, uzununa, yarıq, rombu, ortasında, dartın, Üyüdülmüş, səpin
BİZİ İZLƏYİN