• Xaş-xaşlı maffin resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 388

Tarix : 21-12-2014, 14:00

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
12 ədəd üçün:

1 st. süd
2 x.q. kərə yağı (bir azca da formanı yağlamaq üçün)
1 ç.q. şəkər tozu
2,5 ç.q. quru maya
3/4 ç.q. duz
1+3/4 st. un (lazım gəlsə, azca da əlavə etmək olar)
1 ç.q. bitki yağı
1 yumurta
xaş-xaş

Hazırlanması:
Tavada südü, kərə yağını və şəkəri əriyənədək qızdırın. Sonra altını söndürüb ilıq olanadək soyudun. Maya əlavə edib qarışdırın. İsti yerdə 10 dəqiqə saxlayın. Maya yaxşıca şişəndə qarışığı bir az iri ləyənə töküb, aram-aram un əlavə edərək qaşıqla qarışdırın. Xəmir qaşığın ətrafına suvaşanacan qarışdırın. Xəmir yumşaq və yapışqan olmalıdır. Taxtanın üstünə bolluca un tökün. Xəmiri üstünə qoyub un tökə-tökə 5 dəqiqə yoğurun. Kündələyib sellofan torbaya, yaxud da yaş dəsmala büküb 1,5 saatlığa isti yerə qoyun. Sonra xəmiri 12 yerə, bu 12-nin hərəsini də 3 yerə bölün, kündələyin. Keks qablarını kərə yağıyla yağlayın. Hər qabın içinə 3 xırda kündə qoyun. Yenə üstünü sellofan və ya dəsmalla örtüb 1 saat isti yerdə saxlayın. Yumurtanı çalın. Maffinlərin üstünə çəkin, xaş-xaş səpin. Eyni zamanda şəkər pudrası səpə, yaxud da 3 kündənin ortasına 1 ç.q. pavidla qoya bilərsiniz. 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üstü qızaranadək bişirin.
Xaş-xaşlı maffin resepti - FOTO RESEPT

Xaş-xaşlı maffin resepti - FOTO RESEPT

Xaş-xaşlı maffin resepti - FOTO RESEPT

Xaş-xaşlı maffin resepti - FOTO RESEPT

Xaş-xaşlı maffin resepti - FOTO RESEPT

Xaş-xaşlı maffin resepti - FOTO RESEPT

Xaş-xaşlı maffin resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: maffində, qarışdırın, üstünə, əlavə, dəqiqə, sellofan, yerdə, Xəmir, Sonra, qoyun, saxlayın, şəkər, yaxud, xırda, yağıyla, yağlayın, qabın, qablarını, içinə, bölün, büküb
BİZİ İZLƏYİN