Tərkibi:
xəmir:3-3,5 st. (550-600 q) un
1 st. süd
11 q quru maya
200 q kərə yağı
1 x.q. şəkər tozu
0,5 ç.q. duz
(stəkan - 250 ml)
iç:1) kartof püresi + qovrulmuş soğan + bişmiş qiymə
2) bişmiş yumurta + göy soğan
3) istənilən digər iç (şirin də ola bilər, kəsmikli də, ancaq qatı olsun)
Hazırlanması:Qazançada yağı əridin, süd qatıb qarışdırın. Azca soyudun.
İsti (qaynar olmayan) bu qarışığa maya, şəkər tozu və duz qatıb qarışdırın, 5 dəqiqə saxlayın.
Unu ələyib az-az əlavə edin, qaşıqla qarışdırın. Yumşaq xəmir halına gələndə masanın üzərinə un səpin, xəmiri ətləyin. Gəlməsini gözləmək lazım deyil.
Xəmiri 6 kündəyə bölün.
Hər birini dördbucaqlı formada yayın (təxminən 50x30 sm). Qalınlığı təxminən 3 mm olsun.
Uzun tərəfinə iç qoyub rulet kimi bükün, sonunu bitişdirin.
Əlinizi una batırın, sonra əlinizin kənarı ilə ruleti bölün (irəli-geri hərəkət etdirməklə).
Bu prosesdə peraşkilərin kənarı öz-özünə bitişəcək. Qəşəng olsun deyə əlinizlə forma verə bilərsiniz.
Perqament döşənmiş siniyə düzün. Peraşkilərin üzərinə başqa nəsə çəkməyə ehtiyac yoxdur.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, üstü qızarınca bişirin.
Çox qızartmasanız, yupyumşaq, bir az çox qızartsanız, xırt-xırt olacaq.
Nuş olsun!
Etiketlər: olsun, qarışdırın, bişmiş, qatıb, üzərinə, bölün, soğan, dəqiqə, xəmir, şəkər, kənarı, təxminən, irəli, prosesdə, özünə, peraşkilərin, ruleti, etdirməklə, hərəkət, batırın