• Pendirli kökələr resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 935

Tarix : 8-03-2016, 13:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:

1 fincan qatıq
3 fincan un
1 yumurta
2 x.q. zeytun yağı
2/3 ç.q. soda
1 ç.q. duz
1 ç.q. şəkər tozu
50 q kərə yağı - üzərinə

iç:
350 q suluquni pendiri
100 q kəsmik
1 dəstə göyərti
1 yumurta

Hazırlanması:
Sobanı 220 dərəcə qızdırın.
Xəmir: yumurta, soda, duz, şəkər tozu, zeytun yağını qatıqla qarışdırın. Bu qarışığı ələnmiş unun üzərinə töküb yoğurun. Lazım gəldikdə un əlavə edin. Ələ yapışmayan xəmir alınmalıdır.
İç: göyərtini xırdalayın, pendiri sürtgəcdən keçirin, kəsmik və yumurta əlavə edib qarışdırın.
Xəmiri 4-8 hissəyə bölün. Yayın, hər birinin ortasına iç qoyun (içi də bərabər qaydada ya 4, ya da 8 yerə bölün). Kənarlarını ortaya qatlayıb bitişdirin.
Hər bir kökəni yayın. Siniyə düzün. Üzərinə ərinmiş kərə yağı çəkin.
Sobanın yuxarı gözündə 15 dəqiqə bişirin. Kökələr bişən zaman üstü xeyli şişə bilər.
Süfrəyə isti-isti verin.


Pendirli kökələr resepti - FOTO RESEPT

Pendirli kökələr resepti - FOTO RESEPT

Pendirli kökələr resepti - FOTO RESEPT

Pendirli kökələr resepti - FOTO RESEPT

Pendirli kökələr resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurta, pendiri, kəsmik, qarışdırın, əlavə, üzərinə, bölün, şəkər, fincan, xəmir, zeytun, Üzərinə, yayın, Siniyə, düzün, kökəni, qatlayıb, qoyun, bərabər, ərinmiş
BİZİ İZLƏYİN