• Mayalı poaça resepti

Reseptin məlumatları Baxış sayı: 17 521

Tarix : 2-07-2015, 16:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 su stəkanı ilıq su,
1 su stəkanı duru yağ,
1 su stəkanı süd,
2 yumurta,
1 şirniyyat qaşığı duz,
1 şirniyyat qaşığı şəkər,
1 paket yaş maya,
Aldığı qədər un,

Üzərinə:
Yumurta sarısı,
Küncüt,
Içərisinə:
Pendir rəndəsi,
Cəfəri qarışığı

Hazırlanması:
Yaş mayanı ilıq su ilə əridin.
Digər ərzaqları da əlavə edib yumşaq bir xəmir yoğurun.
Xəmirin üzərini təmiz bir bezlə örtün.
1 saat xəmiri dincə qoyun.
Dinlənən xəmiri əlinizlə açıb iç xərcini qoyun.
Yuvarlayıb siniyə aralıqlarla düzün.
Üzərinə yumurta sarısı sürtüb küncüt səpin.
1 saat sinidə mayalanması üçün gözlədin.
Əvvəlcədən 200 dərəcə qızdırılmış fırında bişirin.

Nuş olsun!
Etiketlər: stəkanı, Üzərinə, sarısı, xəmiri, qoyun, şirniyyat, yumurta, qaşığı, Yuvarlayıb, siniyə, aralıqlarla, xərcini, düzün, əlinizlə, sürtüb, Dinlənən, örtün, dincə, mayalanması, qızdırılmış
BİZİ İZLƏYİN