• Tavada pizza resepti

Reseptin məlumatları Baxış sayı: 85 016

Tarix : 6-08-2015, 14:00

Bölmə : Duzlu xəmir işləri / Pizza / Qəlyanaltılar

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1 yumurta
3 qaşıq qatıq
2 qaşıq maye yağ
1 stəkan un
0,5 paket qabartma nozu
duz

Üzəri üçün:
1 qaşıq zeytun yağı
2 ədəd bibər
bir neçə dilim kolbasa, sosiksa və ya qovrulmuş qiymə
yaşıl və ya qara zeytun
istiot, bibər,
holland pendiri

Sos üçün:
1 çay qaşığı pomidor püresi
2-3 qaşıq su
1 qaşıq zeytun yağı
kəkotu,
bibəriyə
Bişirmək üçün 1-2 qaşıq maye yağ

Hazırlanması:
Pizzanı hazırlamaq üçün kiçik doğranmış bibərləri zeytun yağında yüngül qızardın.
Sosiska, kolbasa və s. onları da əlavə edib qarışdırın.
Buna doğranmış zeytunları da əlavə edin və qarışdırdıqdan sonra isidicini söndürün.
Pizza sosu üçün olan xammalları bir qabda qarışdırıb bişirin.
Bir başqa qabda pizzanın xəmirini hazırlamaq üçün yumurta, qatıq və maye yağı qarışdırıb çalın.
Buna un, duz və qabartma tozunu əlavə edin, qarışdırın. Kek xəmirindən qatı, ancaq qaşıqla qoyulabiləcək qədər də yumşaq bir xəmir əldə edin.
Pizza bişirmək üçün tavanı yağlayın. Xəmiri bu tavaya yayın. Üzərinə hazırladığımız sosu, sonra bişirdiyimiz bibərli qarışığı pizza xəmirinin üzərinə yayın.
Tavanın qapağını bağlayın. Pizzanı 2 dəqiqə güclü odda, 10 dəqiqə isə vam odda bişirin.
Pizza bişərkən qapağı çox açmayın. Bu zaman ocağın temperaturu çox aşağıolmalıdır ki, pizzanın üst hissəsinin bişməsini gözləyərkən pizzanın altı yanmasın.
Pizzanın altını kontrol edin. Pizzanın alt hissəsi qızarıb və üst xəmiri bişibsə pizzamız hazır olub.
Pizzanı servis edərkən 4 dilimə bölüb süfrəyə verin.

Nuş olsun!
Etiketlər: qaşıq, zeytun, Pizza, pizzanın, Pizzanı, əlavə, doğranmış, qarışdırıb, qarışdırın, Pizzanın, dəqiqə, bişirin, hazırlamaq, sonra, qabartma, qatıq, yumurta, yayın, bibər, kolbasa
BİZİ İZLƏYİN