• Sobada pirojki resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 94 864

Tarix : 20-09-2015, 11:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
Xəmir üçün:

0,5 stəkan su
7 qr maya
4-5 stəkan un
0,5 stəkan süd
0,5 stəkan duru yağ
1 ədəd yumurta
1 ədəd yumurta ağı
duz

Kartoflu içlik:
3 ədəd kartof
1 ədəd soğan
yağ
duz
istiot

Ətli içlik:
200 qr qiymə
yağ
duz
istiot

Hazırlanması:
1 Stəkan götürülür içinə maya, 1 ç/q şəkər tozu, 1 ç/q un əlavə olunub iliq su ilə hell olunur. Mayanı isti yerde saxlayırıq ki şişsin (qazın yanına qoymaq məsləhətdi).

2 Xəmiri hazırlamaq üçün qaba yumurtalar, ilıq su, ilıq süd, yağ, maya, duz tökülüb əlnən qarışdırılır. Sonra üzərinə un əlavə olunur.

3 Yumuşaq, ələ yapışmayan xəmir alınır. Xəmirin acıması üçün 1 saat isti yerde saxlayırıq.

4 Xəmir acıyana kimi içlik hazırlanır. Kartoflu içıik hazırlamaq üçün kartof soyulur, doğranılır, üzərinə su alınıb bişənə kimi qaynadılır.Kartof bişdikdə püre halına salınır üzərinı zövqə görə duz, istiot, yağda qızarılmış soğan vurulur və qarışdırılır.

5 Ətli içlik üçün qiymə yağda yaxşı qızardılır, duz istiot əlavə olunub qarışdırılır.

6 Xəmir acıyandan sonra xırda kündələr şəklinə salınır. Hər kündə dairə formasında açılır içinə içlik qoyulub pirojki formasında bağlanılır və tavaya düzülür.

7 Pirojkilərin üzərinə fırça köməyi ilə yumurta sarısı vurulur və zövqə görə üzərinə küncüt, çörək otu səpilir.

8 Əvvəcədən 200 dərəcə isidilmiş sobada qızarana qədər bişirilir.

Sobada pirojki resepti - FOTO RESEPT

Sobada pirojki resepti - FOTO RESEPT

Sobada pirojki resepti - FOTO RESEPT

Sobada pirojki resepti - FOTO RESEPT

Sobada pirojki resepti - FOTO RESEPT

Sobada pirojki resepti - FOTO RESEPT

Sobada pirojki resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: içlik, üzərinə, istiot, ərzaqlar, stəkan, qarışdırılır, yumurta, lazım, Xəmir, əlavə, yerde, olunub, salınır, olunur, zövqə, vurulur, içinə, yağda, formasında, hazırlamaq
BİZİ İZLƏYİN