• Pendirli poğaça resepti

Reseptin məlumatları Baxış sayı: 35 072

Tarix : 10-06-2016, 12:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kiçik stəkan ərinmiş kərə yağı
1 kiçik stəkan maye yağ
1 kiçik stəkan qatıq
1 ədəd yumurta
1 qaşıq sirkə
1 qaşıq şəkər tozu
Duz
1 paket qabartma tozu
Ala bildiyi qədər un
200 qram pendir
3 ədəd şüyüd

Üzəri üçün:
Qatıq
Küncüt
Qara zirə (çörəkotu)

Hazırlanması:
Geniş bir qabda poğaça xammalı – qatıq, ərinmiş kərv yağı, yumurta, şəkər tozu, duz və sirkə yaxşıca qarışdırılır.

Bu qarışığa un və qabartma tozu da əlavə edilir. Poğaçanın xəmiri yaxşıca yoğrulur.

Xəmir ələ yapışmayana qədər yoğrulur. Yumşaq bir xəmir əldə edilir.

Bu yumşaq xəmir yarım saad dincəlməyə qoyulur. Ancaq istəsəniz xəmiri dincəlib acımasını gözləmədən də bir başa hazırlaya bilərsiniz.

İçlik hazırlanması:
İçlik hazırlamaq üçün bir qaba pendirler qoyulur. Şüyüd bol su ilə təmiz yuyulur. Təmiz yuyulan şüyüd qurulanır. Suyu qurulanan şüyüdlər, doğrama taxtası üzərində çox kiçik – kiçik doğranılır. İçlik pendiri əzilir. Üzərinə kiçik – kiçik doğranılmış şüyüdlər əlavə edilir. Pendir əzməsi ilə doğranmış şüyüd bir birinə qarışdırılır. İçlik hazırdır.

Dincələn xəmirdən qozdan biraz böyük parçalar kəsilir. Bu kiçik xəmir kütlələri yumru formada açılır, içərisinə pendirli içliq qoyulur və xəmir bükülür.

Xəmirin bükülən hissəsi alta gələcək şəkildə siniyə düzülür.

Hazırladığımız yarımfabrikatların üzərinə qatıq sürülür və bir çəngəl vasitəsi ilə üzəri çizilir.

Sonra ən üsttən biraz da çörəkotu və küncüt səpilir. Artıq bişirə bilərik.

Fırın əvvəlcədən 180 dərəcəyə isidilir. Poğaçalar burada üzəri qızarana qədər bişirilir.

Nuş olsun!
Etiketlər: kiçik, İçlik, xəmir, şüyüd, edilir, qədər, qoyulur, stəkan, qatıq, əlavə, yaxşıca, qarışdırılır, yoğrulur, biraz, çörəkotu, üzəri, xəmiri, şüyüdlər, yumurta, sirkə
BİZİ İZLƏYİN