• Qaymaqlı-pendirli boğça resepti

Reseptin məlumatları Baxış sayı: 13 398

Tarix : 3-08-2016, 10:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q qaymaq
2 x.q. marqarin
2 ç.q. şəkər tozu
2 st. bitki yağı
1 yumurtanın ağı
20 q yaş maya
aldığı qədər un

:
100 q ağ pendir
cəfəri

üzərinə:
2 yumurtanın sarısı

Hazırlanması:
Qaymaq, otaq temperaturunda marqarin, şəkər tozu, bitki yağı və mayanı qarışdırın, az-az un əlavə edərək yumşaq xəmir yoğurun.
Xəmiri 5-10 dəqiqə saxlayın.
Pendiri sürtgəcdən keçirin, doğranmış cəfəri ilə qarışdırın.
Xəmirdən qoz boyda kündələr tutun. Əlinizlə yastılayıb içinə 1 ç.q. iç qoyun, kənarlarını bitişdirib kürə halına salın.
Perqament döşənmiş siniyə düzün. Üzərinə yumurta sarısı çəkin. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: cəfəri, sarısı, dəqiqə, yumurtanın, qarışdırın, şəkər, marqarin, bitki, halına, Perqament, salın, bitişdirib, qoyun, Əlinizlə, yastılayıb, içinə, döşənmiş, kənarlarını, düzün, Əvvəlcədən
BİZİ İZLƏYİN