• Pendirli bombalar resepti

Reseptin məlumatları Baxış sayı: 11 613

Tarix : 2-11-2016, 12:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
mayasız qat-qat xəmir
120 q çedder pendiri (başqa bərk pendir də olar)
3 x.q. yumşaldılmış kərə yağı
1 diş sarımsaq
1/3 fincan parmezan pendiri
2 ç.q. qurudulmuş cəfəri

Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın.

Xəmiri yayıb stəkanın köməyilə dairələr kəsin.

Hər dairənin ortasına pendir dilimi qoyun. Xəmiri ətrafına dolayıb hərtərəfli bükün, bitişdirin. Əlinizlə kürə forması verin.

Kərə yağını xırdalanmış sarımsaqla qarışdırıb mikrodalğalı sobada, yaxud su hamamında əridin.

Ayrı qabda parmezanla cəfəri qurusunu qarışdırın.

Hər bir kürəni yağlı qarışığa, sonra isə cəfəri ilə pendir qarışığına batırın.

Perqament döşənmiş siniyə düzün. 10-12 dəqiqə, xəmir şişib qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: pendir, cəfəri, pendiri, Xəmiri, xəmir, əridin, hamamında, qabda, parmezanla, qarışdırın, qurusunu, yaxud, sarımsaqla, xırdalanmış, qarışdırıb, mikrodalğalı, sobada, kürəni, qarışığa, düzün
BİZİ İZLƏYİN