• Pizza rulo resepti

Reseptin məlumatları Baxış sayı: 13 630

Tarix : 30-11-2016, 14:00

Bölmə : Duzlu xəmir işləri / Pizza / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 su stəkanı süd ,
1 kub yaş maya ,
1 şorba qaşığı toz şəkər ,
1,5 çay qaşığı duz ,
1 su stəkanı maye yağ ,
1 ədəd yumurta ,
5-6 su stəkanı un .

İç vəsaiti üçün:
1 su stəkanı pomidor sousu,
1 su stəkanı holland pendiri rəndəsi ,
Kiçik doğranmış sosiska . ( Miqdarı seçimə görə müəyyən edilir. )

Hazırlanması:
Süd ilıq hala gəlir , yoğurma qabına alınır .
Üzərinə maya və şəkər əlavə olunub , əl prosedurası ilə mayanın əriməsi təmin edilir.
Daha sonra maye yağ , yumurta ağı və duz əlavə olunaraq qarışdırılır .
Az az un əlavəsi ilə yoğurulur
Hazırlanan xəmirin üzəri örtülür və ilıq bir mühitdə 1 saat qədər mayalandırılır .
Xəmir mayalandıqdan sonra , dörd rulo olacaq şəkildə bölünür.
Hər biri unlanmış dəzgah üzərində , 1 sm qalınlığında açılır.
Üzərinə sos sürtülüb , doğranmış sosiska və holland pendiri rəndəsi sərpiştirilir.
Daha sonra diqqətlə rulo şəklində bükülür və bir barmaq genişliyində dilimlənir .
Kəsik yerləri üstə gələcək şəkildə , soba qabına yerləşdirilir.
Bütün xəmir eyni şəkildə hazırlanıb tamamlandıqdan sonra , üzərilərinə yumurta sarısı sürtülür .
Hazırlanan roll pizza əvvəldən isidilmiş 180 ° sobada qızarana qədər bişirilir.
İlk istisi çıxdıqdan sonra xidmətə təqdim edilə bilər.

Nuş olsun!
Etiketlər: stəkanı, sonra, yumurta, şəkildə, edilir, sosiska, qabına, Üzərinə, doğranmış, qədər, Hazırlanan, əlavə, qaşığı, holland, şəkər, pendiri, rəndəsi, Kəsik, dilimlənir, yerləri
BİZİ İZLƏYİN