• Kiş resepti

Reseptin məlumatları Baxış sayı: 12 978

Tarix : 22-09-2017, 22:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Xəmir üçün:
kərə yağı 120 q
Un 250 q
Yumurta 2 ədəd
Duz – 1 çay qaşığı

İçlik üçün:
kərə yağı 1 xörək qaşığı
150 ml yağlı süd, 3 ədəd yumurta
Zövqünüzə uyğun: toyuq əti, brokkoli, çerri pomidorları, duz, istiot

Hazırlanması:
250 q unu ələyin, 1 çay qaşığı duz, 120 q kərə yağı və 2 yumurta əlavə edin, xəmir yoğurun. 2 xörək qaşığı BUZ KİMİ SOYUQ su əlavə edin və bir daha çox tez yoğurun. Xəmiri streç filmə bürüyün və soyuducuda 30 dəqiqə ərzində soyudun.
Toyuq filesini xırda doğrayıb kərə yağında qızardın, zövqünüzə uyğun duz, istiot əlavə edin
150 ml yağlı süd və 3 ədəd yumurtanı çalın
Formanı kərə yağı ilə yaxşıca yağlayın, xəmiri yerləşdirin. Çəngəl ilə xəmiri bir neçə yerdən deşin ki, yapışmasın. İçliyi yerləşdirin, süd və yumurta qarışığını əlavə edin.
Sobada 200°C temperaturda 25-30 dəqiqə tam hazır olana kimi bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, yumurta, dəqiqə, xəmiri, uyğun, yağlı, yoğurun, istiot, yerləşdirin, xörək, yağlayın, çalın, zövqünüzə, qızardın, yumurtanı, Çəngəl, Formanı, yaxşıca, yapışmasın
BİZİ İZLƏYİN