• Yeni İl - Pesto souslu çörək resepti

Reseptin məlumatları Baxış sayı: 12 438

Tarix : 29-12-2017, 23:00

Bölmə : Duzlu xəmir işləri / Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
1,5 su stəkanı ilıq su
1 yemək qaşığı maya
1 yemək qaşığı toz şəkər
1 yemək qaşığı zeytun yağı
1 çay qaşığı duz
Aldığı qədər un

İçlik üçün:
Pesto sousu
Holland pendiri

Hazırlanması:
Bütün vəsaitləri qarışdıraraq, qulaq məməsinə gələnə qədər yoğurun. Ardından üzərini örtüb xəmir iki qatı olana qədər bir saat mayalandırın. Mayalandıqdan sonra yüngül un səpin və xəmiri yarım millimetr qalınlığında açın. Üzərinə pesto sousu bolca sürtüb, pendir səpin. Əlinizlə naringi böyüklüyündə toplar edərək, yağlı kağız sərilmiş soba nimçəsinə düzün. Üzərinə yumurta sarısı sürtün və 180 dərəcə sobada 20 dəqiqə bişirin. Bişdikdən sonra üzərinə təkrar pesto sousu əlacə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, qədər, sousu, yemək, pesto, sonra, səpin, Üzərinə, toplar, kağız, yağlı, edərək, böyüklüyündə, Əlinizlə, bolca, sürtüb, pendir, sərilmiş, naringi, yumurta
BİZİ İZLƏYİN