Tərkibi:3 st un
1 x q maya
1 ç q duz
1 st ilıq su
2 x q zeytun yağı
Üzəri üçün:parmesan pendiri vəya holland pendiri
2 x q zeytun yağı
pomidor
rozmarin
ağ reyhan(basil/basilico)
qara zeytun
dəniz duzu
Hazırlanması:Maya və suyu qarışdırıb 10 dq mayalandırın.Sonra yumuşaq xəmir yoğurun,qoyun 45 dq mayalansın.Sonra bişirəcəyiniz qabı 2 xörək qaşığı zeytun yağı ilə yağlayın və qaba yayın xəmiri,yenə qoyun 45 dq mayalansın.Sonra əlinizlə bişirəcəyiniz qabda açın,üzərini yağlayın və barmağınızla basıb iz qoyun.Yaş rozmarini və reyhanı doğrayıb tökün.Onu qeyd edim ki,rozmarinsiz bu çörək əsl dadı verməz.Və üzərinə pomidor,qara zeytun,rozmarin,ağ reyhan,holland vəya parmezan pendiri və ən axırda üzərinə iri dənəli dəniz duzu,yada xörək duzu səpin.
Nuş olsun!
Etiketlər: zeytun, qoyun, pendiri, Sonra, mayalansın, dəniz, yağlayın, üzərinə, bişirəcəyiniz, xörək, pomidor, holland, reyhan, rozmarin, tökün, rozmarinsiz, doğrayıb, reyhanı, basıb, rozmarini