• Almalı ştrudel resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 871

Tarix : 28-02-2017, 21:00

Bölmə : Duzlu xəmir işləri / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
əla növ buğda unu 300 q
bitki yağı 50 ml
duz ½ ç.q
su 125 ml
kərə yağı 120 q
ağ çörək 50 q
kişmiş 80 q
qoz 100 q
alma (160 q) 6 ədəd
limon ½ ədəd
şəkər 150 q
darçın 1 ç.q
şəkər tozu 40 q

Hazırlanması:
Almalı ştrudel resepti - FOTO RESEPT


1.Xəmir üçün böyük qaba unu ələyin, duz, yağ və 125 q su əlavə edin. 10 dəgigədən az olmayaraq xəmiri intensiv yoğurmaq lazımdır xəmir ipək kimi olsun və yaxşı dartılsın. Xəmiri böyük kündə halına qətirin, bitki yağı ilə yağlayın və üzərini qida plyonkası ilə örtüb 30-40 dəg otağ temperaturunda saxlayın.

Almalı ştrudel resepti - FOTO RESEPT


2. Alma içlikli ştrudel su buraxmasın deyə içliyi qatılaşdırmaq lazımır. Bunun üçün qurudulmuş çörək qırıntıları lazımdır. Mağaza qırıntılarından istifadə etmək olar, amma evdə hazırlanmış daha faydalıdır. Qırıntıları ağ çörəyi sobada qızardıb blenderdən keçirərək hazırlamaq olar. Sonra onları 2-3 dəqiqə ərzində kərə yağında qızardın lazımdır. Belə onlar daha ətirli olacaq.

Almalı ştrudel resepti - FOTO RESEPT


3. İçlik üçün kişmişi yuyub qurulamaq, qozu doğramaq lazımdır. Üzərinə qabığı soyulmuş, tumu təmizlənmiş və doğranmış alma, limon şirəsi, darçın və şəkər əlavə edib yaxşıca qarışdırın.

Almalı ştrudel resepti - FOTO RESEPT


4. Xəmiri unlayıb azca açmaq lazımır. Daha sonra ələ götürüb astaca dartmaq lazımdır. Xəmir nazik olana dək dartılmamıdır, amma cırılmamalıdır. Əgər cırıldısa daha qalın hissəsindən bir çimdik qoparıb deşiklərin üstünü örtmək olar.

Almalı ştrudel resepti - FOTO RESEPT


5. Çay dəsmalı üzərində açılan xəmiri əridilmiş kərə yağı ilə yağlayın, üzərinə qırıntıları əlavə edib içliyi yerləşdirin. Xəmirin bir tərəfindən 15 sm hissəsini boş saxlayın - bu ştrudelin üzü olacaq. Sonra xəmirin qırağlarını içəriyə tərəf büküb ştrudeli bükün. Piroqun üzərinə yumurta sarısı çəkib 40-45 dəg. ərzində 180 dərəcə hərarətdə sobada bişirin. Bişirmə zamanı ştrudeli bir iki dəfə kərə yağı ilə yağlaya bilərsiniz.

Almalı ştrudel resepti - FOTO RESEPT


6. Sobadan çıxan ştrudelin üzərini kərə yağı ilə yağlayın, şəkər kirşanı səpin və doğrayıb isti isti süfrəyə verin. İsti ştrudelin üzərinə bir qaşıq qaymaqlı dondurma da əlavə edə bilərsiniz.

Almalı ştrudel resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: lazımdır, şəkər, əlavə, üzərinə, yağlayın, ştrudelin, sobada, Xəmiri, qırıntıları, bilərsiniz, ərzində, saxlayın, içliyi, olacaq, lazımır, üzərini, ştrudeli, Sonra, darçın, limon
BİZİ İZLƏYİN