• Hot doq resepti

Reseptin məlumatları Baxış sayı: 122 617

Tarix : 25-02-2017, 22:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Maya üçün:
Su 100 ml ilıq olmalıdır
Quru maya 1 ç.q
Un 1 ç.q
Şəkər tozu 1-2 ç.q

Xəmir üçün:
Un 3 Stəkan
Kərə yağı 50 q Yumşalmış
Süd 100 ml
Yumurta 1 ədəd
Duz 1 ç.q
Bitki yağı 1 x.q

İçlik:
Sosiska 18 Ədəd

Hazırlanması:
1. Stəkanda ilıq su, şəkər tozu, maya və unu qarışdırın və 10 dəq isti yerdə saxlayın. !0 dəqiqəyə stəkanın üzərində köpük əmələ gələcək.

2. Hazır mayanı xəmiri yoğuracağınız qaba tökün, süd, yumşaq kərə yağı yumurta əlavə edib qarışdırın.

3. Tam qarışdırılan məhlula unu ələyin, duz qatın və elastik xəmir yoğurun. Xəmiri dayanmadan 10 dəqiqə ərzində yoğurmaq lazımdır. Daha sonra qabın divarlarını bitki yağı ilə yağlayıb xəmiri 2 saat ərzində gəlməyə qoyun.

3. Gəlmiş xəmiri 18 hissəyə bölün və kündələyin. 10 -15 dəq saxlayın ki kündələr yumşalsın. Daha sonra hər kündəni əlinizlə yastılayın və içərisinə 1 və 1/2 sosika qoyub xəmirin qıraqlarını birləşdirin.

4. Sobanı 180 dərəcə qızdırın. Soba listini yağlayın. Hot-doqları 2 sm arasında məsafə olmaqla listə düzün. 20-30 dəq. şişməsi üçün saxlayın. Yumurtanın sarısını 1 ç.q bitki yağı və bir çimdik sarı kök ilə qarışdırın və fırça ilə hot-doqların üzərinə sürtün.

5. Hoq-doqları 180 dərəcədə 10-15 dəq. ərzində bişirin.

Nuş olsun!
Etiketlər: ərzində, qarışdırın, saxlayın, xəmiri, bitki, doqları, sonra, qoyub, sosika, içərisinə, xəmirin, qıraqlarını, dərəcə, Sobanı, birləşdirin, yastılayın, əlinizlə, hissəyə, Gəlmiş, qoyun
BİZİ İZLƏYİN