Tərkibi:3,5-4 st un,
1 ədəd yumurta,
50 qr kərə yağı (əridilmiş),
1 x.q. maya,
0,5 st su (ilıq),
0,5 st süd(ilıq),
1,5 ç.q. şəkər tozu,
1,5 ç.q. duz
Üzəri üçün:100 qr ağ pendir,
100 qr holland pendiri
*Qeyd. “Adjarskiye” xaçapuri gürcü mətbəxinə aid bir yemək olduğundan üzəri üçün “suluqani”, “acar” pendiri istifadə olunarsa daha ləziz olar.
Hazırlanması:Xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, yoğururuq və acıması üçün gözləyirik. Təqribən 1-2 saat sonra xəmir acımış olacaqdır. Xəmirdən bərabər ölçülü kündələr tuturuq. Kündələrə əlimizlə qayıq forması verərək orta hissəsində yaranan çuxura sürtgəcdən keçirilmiş pendir yerləşdiririk. Soba qabına yığıb 180-200 dərəcədə 15-20 dəqiqə bişirdikdən sonra üzərinə yumurta qırırıq. Isti-isti üzərinə kərə yağı qoyub süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: pendiri, yumurta, üzərinə, pendir, sonra, verərək, forması, hissəsində, yaranan, çuxura, qayıq, əlimizlə, ölçülü, bərabər, kündələr, tuturuq, Kündələrə, sürtgəcdən, keçirilmiş, qırırıq