• Ağzıaçıq boxça resepti

Reseptin məlumatları Baxış sayı: 22 490

Tarix : 18-08-2014, 01:00

Bölmə : Duzlu xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir:

200 q otaq temperaturunda marqarin və ya kərə yağı
0,5 armudu st. bitki yağı
1 armudu st. qatıq
1 yumurtanın sarısı
1 ç.q. duz
1 ç.q. mahlep
1 paket qabartma tozu
un (aldığı qədər)

İç:
250 q ağ pendir
0,5 dəstə cəfəri
1 yumurta
istiot

Hazırlanması:
Marqarini və ya kərə yağını, bitki yağını, qatığı, yumurta sarısını, mahlebi və duzu qarışdırın. Qabartma tozu və un əlavə edib yumşaq xəmir yoğurun. Üzərinə nəm dəsmal çəkib 10 dəqiqə saxlayın.

Yumurtanın ağını sarısından ayırın.
Pendiri sürtgəcdən keçirin, cəfərini xırda doğrayın, yumurta ağı və qara istiotla qarışdırın.

Xəmirdən yumurta böyüklükdə kündələr tutun, əlinizin içində yastılayın. İç qoyun, ağzını bükür, amma ortasını bir qədər açıq saxlayın.

Hazırladığınız boğçaları yağlanmış siniyə düzün, üstünə yumurtanın sarısını çəkin. Əvvəlcədən 170 dərcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: yumurta, qədər, qarışdırın, yağını, sarısını, yumurtanın, saxlayın, armudu, xəmir, bitki, ağzını, qoyun, ortasını, xırda, doğrayın, bükür, içində, böyüklükdə, Xəmirdən, kündələr
BİZİ İZLƏYİN