• İspanaqlı qalac resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 145

Tarix : 22-08-2014, 14:00

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 st. un
150 ml süd
1/3 st. ispanaq
2 diş sarımsaq
25 q yaş maya (və ya 1,5 ç.q. quru)
0,5 ç.q. duz
1 ç.q. şəkər tozu
1 yumurta
100 q kərə yağı

Hazırlanması:
İlıq südə şəkər tozu, maya və bir qaşıq un tökün. 10 dəqiqə isti yerdə saxlayın.
İspanaqlı qalac resepti - FOTO RESEPT


İspanağı blender və ya ət maşınında xırdalayın.
İspanaqlı qalac resepti - FOTO RESEPT


Mayalı südə yumurta qırın, duz, 30 q kərə yağı, xırdalanmış sarımsaq əlavə edin. Unun bir azını saxlayın (masanın üstünə səpməyə), qalanını az-az əlavə edərək xəmir yoğurun. Elastik xəmir alınmalıdır.
İspanaqlı qalac resepti - FOTO RESEPT


Xəmiri iki yerə ayırın. Birinə ispanaq əlavə edib qarışdırın. Üzərinə dəsmal çəkib bir qıraqda 1 saat saxlayın.
İspanaqlı qalac resepti - FOTO RESEPT


Xəmir iki dəfə qalxmalıdır.
İspanaqlı qalac resepti - FOTO RESEPT


Sonra ağ xəmiri 0,5 sm qalınlıqda yayıb üzərinə kərə yağı çəkin.
İspanaqlı qalac resepti - FOTO RESEPT


İspanaqlı xəmiri də eyni qayda ilə yayıb üzərinə yağ çəkin.
İspanaqlı qalac resepti - FOTO RESEPT


Yaşıl xəmiri ağ xəmirin üstünə qoyub rulet kimi bükün.
İspanaqlı qalac resepti - FOTO RESEPT


Ruleti uzununa iki bölüb spiral kimi bükün.
İspanaqlı qalac resepti - FOTO RESEPT


Sonra halqa kimi uclarını birləşdirin.
İspanaqlı qalac resepti - FOTO RESEPT


Yağlanmış formaya qoyun, üzərinə yağ çəkin. Yarım saat saxladıqdan sonra 180-200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
İspanaqlı qalac resepti - FOTO RESEPT

İspanaqlı qalac resepti - FOTO RESEPT

İspanaqlı qalac resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: saxlayın, əlavə, xəmiri, üzərinə, çəkin, üstünə, Sonra, bükün, ispanaq, xəmir, şəkər, yayıb, dəqiqə, yumurta, sarımsaq, uzununa, Ruleti, Yaşıl, İspanaqlı, qalınlıqda
BİZİ İZLƏYİN