• Qutab resepti

Reseptin məlumatları Baxış sayı: 8 569

Tarix : 22-07-2017, 17:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
Xəmir üçün:
1 st un
1 ç.q. duz
2 y.q. zeytun yağl
aldığı qədər su

İçlik:
qoyun əti 200 qr
1 soğan
duz, istiot

Hazırlanması:
1. Un, yağ, duz və sudan xəmir yoğurmaq.
2. İçlik üçün qoyun əti və soğanı ətçəkən alətdən keçirin , duz və istiot əlavə edib , yaxşıca qarışdırın.
3. Xəmirdən kiçik kündələr qoparın, oxloynan nazik yayın.
Bir tərəfinə qiyməni nazik şəkildə yayın və bükün.
Qıraqlarını çəngəllə möhkəm basın.
4. Tavada yağı isidin, qutabları yağda qızardın.

İsti - isti süfrəyə təqdim edin, üstünə sumax səpin.
Tam ətraflı tərif və hər addım şəkilər bloqumda, profildəki mavi rəng linkə basaraq keçə bilərsiz.

Nuş olsun!
Etiketlər: qoyun, yayın, nazik, İçlik, istiot, qutabları, yağda, qızardın, süfrəyə, isidin, Tavada, möhkəm, təqdim, çəngəllə, basın, səpin, profildəki, bloqumda, linkə, basaraq
BİZİ İZLƏYİN