• Ev üsulu qutab resepti

Reseptin məlumatları Baxış sayı: 62 492

Tarix : 11-07-2017, 22:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qr un,
1 ədəd yumurta,
0.5 ç.q. duz,
0.5 st. su,
3-4 x.q. duru yağ

İçlik üçün:
ispanaq,
kişiş,
şüyüd,
göy soğan,
türşəng,
pendir

Üzəri üçün:
yumurta sarısı,
çörək otu (va ya küncüt)

Hazırlanması:
Əvvəlcə lavaş üçün qeyd olunmuş ərzaqları bir qaba töküb, xəmir yoğururuq. Xəmirdən bərabər ölçülü kündələr tutub, böyük və nazik lavaşlar yayırıq. Bir qabda xırda doğranmış göyərti və sürtgəcdən keçirilmiş pendiri qarışdırırıq. Yaydığımız lavaşların üzərinə içlik yerləşdirib, kənarlarını üst-üstə gələcək şəkildə bağlayırıq. Üstünə yumurta sarısı çəkib, çörəkotu səpirik. 160 dərəcədə 40 dəqiqə bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, sarısı, qarışdırırıq, Yaydığımız, lavaşların, üzərinə, pendiri, sürtgəcdən, xırda, qabda, doğranmış, göyərti, içlik, keçirilmiş, yerləşdirib, səpirik, çörəkotu, dərəcədə, dəqiqə, bişiririk
BİZİ İZLƏYİN