• Belyaş resepti

Reseptin məlumatları Baxış sayı: 4 394

Tarix : 9-11-2018, 12:00

Bölmə : Ət yeməkləri / Duzlu xəmir işləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : menim_sufrem


Tərkibi:
Xəmir üçün:
1 kilo un,
0.5 litr ilıq süd,
1 çay qaşığı maya,
1 xörək qaşığı şəkər tozu,
1 çay qaşığı (dolu yox) duz

İçlik üçün:
1 kilo mal əti,
2-3 baş soğan (orta ölçülü),
duz, istiot,
azacıq su

Hazırlanması:
Əvvəlcə sadə mayalı xəmir yoğurub, acımağa qoyuruq. Diqqət etmək lazımdır ki, xəmir yumşaq olsun, lakin ələ yapışmasın. Xəmir acıyana kimi içliyi hazırlayırıq. İçlik üçün əti soğanla birlikdə ətçəkən maşından keçirdirik və azca su əlavə edib, yaxşıca “yoğururuq”, yəni qarışdırırıq.
Acımış xəmirdən balaca kündələr tutaraq 10 sm diametrdə yayırıq. Tam mərkəzinə ət yerləşdirib, kənarları azaciq qatlayırıq. Bütün xəmiri bu qayda ilə hazırladıqdan sonra üzərini örtüb, 20-25 dəqiqə gözlədirik. Nisbətən həcmləndiyini görən kimi, tavada duru yağı dağ edirik və az odda belyaşları qızardırıq.
*Qeyd. Belyaşları əvvəlcə ətli üzü üstə, sonra isə tərsinə qızartmaq lazımdır.

Nuş olsun!
Etiketlər: Belyaşları, qaşığı, sonra, Xəmir, xəmir, lazımdır, İçlik, azaciq, kənarları, qatlayırıq, Bütün, qayda, xəmiri, yerləşdirib, mərkəzinə, tutaraq, kündələr, qızartmaq, diametrdə, yayırıq, hazırladıqdan
BİZİ İZLƏYİN