• Tskan piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 36 172

Tarix : 2-10-2014, 10:00

Bölmə : Ət yeməkləri / Xəmir işləri

Mətbəx : Ləzgi mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Ləzgi mətbəxinə aid olan tskan müxtəlif içlə hazırlanır - ət + kartof + soğan; şor + göyərti (ispanaq, əvəlik); pendir + kartof və s.

Biz ətli tskan hazırlayaq.

Tərkibi:
Xəmir üçün:

4-4,5 st. un
2 st. su (ayran)
1 ç.q. şəkər tozu
1 ç.q. quru maya
1 ç.q. duz
2-3 q. bitki yağı

İç üçün:
1 kq ət (qoyun əti)
0,5 kq kartof
2-3 baş soğan
1 ovuc xırdalanmış qoz (istəyə görə)
duz
istiot
kəklikotu
100-150 q kərə yağı (üzərinə çəkməyə)

Hazırlanması:
Bitki yağından başqa xəmir üçün olan ərzağı qarışdırıb yoğurun. Əlinizi yağa batırıb xəmiri ətləyin. Gəlməsi üçün isti yerə qoyun.
Əti xırda doğrayın. Kartofu nazik lay doğrayın. Soğanı nazik yarımhalqa doğrayın (əgər çiy soğanın dadını xoşlamırsınızsa, xırda doğrayıb azca qovuraraq əlavə edə bilərsiniz), hamısını qarışdırın, duz, istiot, ədviyyat (göyərti, göyərti qurusu) əlavə edin.

Gəlmiş xəmiri iki yerə bölün.
Hər birini nazik yayın. Yağlayın. Rulet kimi, sonra isə bu ruleti ilbiz kimi spiral bükün. Üstünü dəsmalla örtüb 15-20 dəqiqə saxlayın.

Sonra bunları sini böyüklükdə yayın (məsələn, diametri 40 sm). Birinci lavaşı siniyə qoyun. İçi üzərinə bərabər yayın. O biri lavaşı üzərinə çəkin, kənarlarını bükün, ortasında buxar çıxması üçün balaca deşik açın. 170-180 dərəcə qızdırılmış sobada təxminən 1,5 saat bişirin.
Əgər üst hissəsi çox qızarır, içi bişmirsə, üzərinə kalka və ya folqa çəkin.

Piroq bişəndən sonra çıxarın, üzərinə isti-isti kərə yağı çəkin.
Tskan piroqu resepti

Tskan piroqu resepti

Tskan piroqu resepti

Tskan piroqu resepti

Tskan piroqu resepti


Nuş olsun!
Etiketlər: üzərinə, doğrayın, qoyun, nazik, göyərti, çəkin, kartof, yayın, xəmiri, lavaşı, tskan, xırda, istiot, bükün, soğan, sonra, əlavə, məsələn, böyüklükdə, bunları
BİZİ İZLƏYİN