• Qapalı lahmacun resepti

Reseptin məlumatları Baxış sayı: 7 509

Tarix : 13-08-2019, 16:00

Bölmə : Ət yeməkləri / Duzlu xəmir işləri / Börəklər / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
4,5 su stəkanı un,
1 yemək qaşığı quru maya,
1,5 stəkan su,
2 çay qaşığı duz,

İç xərci üçün:
500 q qiymə,
2 ədəd soğan,
2 ədəd çəyirdəkləri çıxardılmış pomidor ,
Yarım dəstə cəfəri,
1 şorba qaşığı bibər tomatı,
2 çay qaşığı duz,
1 çay qaşığı istiot,
5 yemək qaşığı zeytun yağı

Üzəri üçün:
Yumurta sarısı,

Hazırlanması:
Mayayı bir su stəkanı ilıq suda əridin.
Geniş bir kasaya unu alıb maya və duz əlavə edərək elə yapışmayacaq bir xəmir əldə edin.
Üzərini qapadıb xəmiri mayalandırın.

İç xərci üçün:
Soğanı incə- incə doğrayın.
Duru yağda qovurun.
Üzərinə qiyməni əlavə edin.
Tomatı əlavə edib qovurun.
Sonra doğranmış pomidoru, duz və istiotunu qatın.
Ən son incə doğranmış cəfəri əlavə edin.
Ocaqdan alın.
Xəmirdən iri parçalar alıb tabaq böyüklüyündə açın.
Ortasına qiyməli xərcdən alın və ikiyə qatlayaraq qapadın.
Üstünə yumurta sarısını sürtüb öncədən 180 dərəcə qızdırılmış fırında 30-35 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, cəfəri, xərci, doğranmış, yemək, qovurun, stəkanı, Ocaqdan, Xəmirdən, tabaq, böyüklüyündə, parçalar, pomidoru, qiyməni, Üzərinə, Tomatı, Sonra, istiotunu, Ortasına
BİZİ İZLƏYİN