• Xarço şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 39 119

Tarix : 20-11-2014, 19:00

Bölmə : Ət yeməkləri / Şorbalar / Foto reseptlər

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq sümüklü mal əti
2 böyük pomidor
1 st. qoz
3 böyük baş soğan
5 diş sarımsaq
4/3 st. düyü
göy alça
4 x.q. tklapi (alça turşusu, pasta), olmasa, tkemali
qırmızı istiot (və ya çili)
keşniş və ya cəfəri

Ədviyyat:
2-3 x.q. xmeli-suneli
zəfəran
2-3 ədəd dəfnə yarpağı
qara istiot

Hazırlanması:
Əti 2,5 saat qaynadın. Kəfini yığın. Düyünü yuyub suda isladın. Zəfəranı duzla əzin (bir xörək qaşığı qədər), sonra üzərinə qaynar su tökün.
Bitki yağında soğanı şəffaf olana qədər qızardın, doğranmış qırmızı istiot əlavə edin. Qabığı soyulub doğranmış pomidor, qara istiot, duz töküb qızardın, 2 çömçə bulyon əlavə edin. 7-9 dəqiqə bişirin.
Quru tavaya qoz töküb azca qurudun. Sonra həvəngdəstədə döyün. Ət 2,5 saat qaynayandan sonra çıxarıb doğrayın. Bulyonu tənzifdən süzüb ətə əlavə edin. Qızartdığınız tərəvəzləri, düyünü, isladılmış zəfəranı, dəfnə yarpaqlarını əlavə edin. Düyü bişəndən sonra qoz və xmeli-suneli əlavə edin. Sarmsağı əzin, göyərtini doğrayın və şorbaya əlavə edin. Qarışdırıb tkemali tökün. Duzunu yoxlayın, dəfnə yarpaqlarını çıxarın. Qazanın qapağını örtün. Ocağı söndürüb 15-20 dəqiqə şorbanın "özünü tütmasını" gözləyin. Sonra süfrəyə verə bilərsiniz.
Xarço şorbası resepti -  FOTO RESEPT

Xarço şorbası resepti -  FOTO RESEPT

Xarço şorbası resepti -  FOTO RESEPT

Xarço şorbası resepti -  FOTO RESEPT

Xarço şorbası resepti -  FOTO RESEPT

Xarço şorbası resepti -  FOTO RESEPT

Xarço şorbası resepti -  FOTO RESEPT

Xarço şorbası resepti -  FOTO RESEPT

Xarço şorbası resepti -  FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, istiot, dəfnə, sonra, xmeli, doğrayın, suneli, tökün, yarpaqlarını, qədər, qızardın, doğranmış, dəqiqə, qırmızı, Sonra, töküb, böyük, tkemali, pomidor, tərəvəzləri
BİZİ İZLƏYİN