• Mərmər şorba resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 132

Tarix : 21-12-2014, 17:00

Bölmə : Ət yeməkləri / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250-300 q qoyun əti
kəvər
3 kartof
2-3 kök
2 diş sarımsaq
kəklikotu
rozmarin (göyərti)
200-250 ml qaymaq (22-35%)
Mərmər şorba resepti - FOTO RESEPT


Hazırlanması:
Əti doğrayın. Yuyulub təmizlənmiş və iri doğranmış kök və kartofu qaynadın. Quşbaşı doğranmış əti zeytun yağıyla tavada qovurun. Kəvəri, sarımsağı doğrayıb qızarmaqda olan ətə əlavə edin, bir yarpaq rozmarin atın və 1 l su tökün. Duz, istiot vurun.
Bişmiş kartof və kökü blenderdən keçirin. Ət suda yarım saat bişdikdən sonra bu tərəvəz qarışığını ona əlavə edin. Rozmarini şorbadan çıxarın. Şorbanı qaynadıb altını söndürün. Bir neçə kəklikotu yarpağını şorbaya əlavə edib 15 dəqiqə soyumağa qoyun. Sonra kəklikotunu çıxarın. Şorbanı boşqablara çəkin. Üzərinə otaq temperaturunda olan qaymaq əlavə edin. Çəngəllə şorbanın üzünü qarışdırıb onu mərmərə bənzədin.
Mərmər şorba resepti - FOTO RESEPT

Mərmər şorba resepti - FOTO RESEPT

Mərmər şorba resepti - FOTO RESEPT

Mərmər şorba resepti - FOTO RESEPT

Mərmər şorba resepti - FOTO RESEPT

Mərmər şorba resepti - FOTO RESEPT

Mərmər şorba resepti - FOTO RESEPT

Mərmər şorba resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, çıxarın, Şorbanı, qaymaq, doğranmış, rozmarin, kəklikotu, qoyun, kartof, dəqiqə, söndürün, yarpağını, altını, şorbaya, şorbadan, tərəvəz, qarışığını, Rozmarini, soyumağa, qaynadıb
BİZİ İZLƏYİN