• Ətli yaşıl lobya resepti

Reseptin məlumatları Baxış sayı: 38 355

Tarix : 14-06-2014, 20:25

Bölmə : Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq yaşıl lobya 250 qr
Kub şəklində doğranmış ət (qoyun və ya süd danası)
1,5 yemək qaşığı duru yağ
2 baş quru soğan
2 pomidor və ya yarım yemək qaşığı tomat
Yetəri qədər duz

Hazırlanması:
İncə doğranmış soğanı və əti yağda qovurun.
Qabığı soyulmuş pomidor və ya tomatı qoyub qarışdırın. 2-3 stəkan su əlavə edib ətlər yumşalana qədər bişirin.
Bu arada lobyaları təmizləyərək baş qisimlərini kəsin, yuyun və bıçaq dəymə-dən əllə lobyaları bir neçə yerdən bölün.
Hazırladığınız lobyanı qazanda yumşalan ətə əlavə edin və bir-iki dəfə qarışdırandan sonra qapağını örtüb 5-10 dəqiqə bişirin.
Sonra üzərini keçməyəcək qədər su əlavə edib lobyalar yumşalana qədər bişirin.
Ocaqdan almadan 5-10 dəqiqə əvvəl duzunu atın. İsti-isti servis edin.

Nuş olsun!
Etiketlər: qədər, əlavə, bişirin, pomidor, yumşalana, dəqiqə, qaşığı, lobyaları, yemək, doğranmış, qazanda, yumşalan, qarışdırandan, lobyanı, sonra, Hazırladığınız, bıçaq, dəymə, yerdən, bölün
BİZİ İZLƏYİN