• Ətli quru noxud resepti

Reseptin məlumatları Baxış sayı: 34 223

Tarix : 21-06-2014, 20:57

Bölmə : Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 stəkan öncədən isladılmış, yarı bişirilmiş və qabıqları çıxarılmış noxud
500 qr quş başı doğranmış ət (qoyun və ya dana əti)
2 baş quru soğan
2 xörək qaşığı duru yağ
2-3 pomidor və ya
1 xörək qaşığı tomat
yetəri qədər duz

Hazırlanması:
Noxudları bir gecə öncədən islağa qoyun. Ertəsi gün tam bişirmədən qaynadın. Qabıqlarını çıxarın (Qabıqlarını çıxarmadan da bişirə bilərsiniz). Bir tərəfdə orta ölçülü geniş bir qazan götürün. İncə doğranmış soğan və əti yağda qovurun.

Yağda öldürdüyünüz soğanların və ətin üzərinə qabıqlarını soyduğunuz və kub-kub doğradığınız pomidorları və ya tamatı əlavə edin. Sonra üzərinə 2 stəkan isti su qoyub ətlər yumşalana qədər bişirin. Yemək bişərkən suyunu çəkəcək (Ətlər əgər sərt qaldısa az-az isti su əlavə edə bilərsiniz.) Sonra noxudları əlavə edib bir neçə dəqiqə qarışdırın.

Noxudun üzərini keçməyəcək şəkildə isti su əlavə edib bişirməyə davam edin. Yemək hazır olmadan 10 dəqiqə öncə duzunu atın və isti-isti servis edin.

Qeyd: yemək bişirərkən duzunu çox atdınızsa, yeməyi bişirdiyiniz qazana bir neçə soyulmuş kartof əlavə edin. Kartoflar artıq duzu çəkəcəkdir.

Nuş olsun!
Etiketlər: əlavə, duzunu, qədər, bilərsiniz, qaşığı, üzərinə, Sonra, Yemək, xörək, dəqiqə, Qabıqlarını, öncədən, soğan, stəkan, doğranmış, qoyun, noxudları, qaldısa, artıq, qarışdırın
BİZİ İZLƏYİN