• Ətli əkmək resepti

Reseptin məlumatları Baxış sayı: 55 439

Tarix : 26-05-2014, 12:36

Bölmə : Ət yeməkləri / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

1 st. ilıq su
1/3 st. bitki yağı
1 ç.q. quru maya
1 ç.q. duz
1 ç.q. şəkər tozu
2,5-3 st. un

İç üçün:
300 q yağsız mal əti
1 baş soğan
2 yetişmiş pomidor
4 yaşıl bibər
duz
qara istiot
qırmızı şirin istiot
üyüdülmüş zirə
qırmızı acı istiot (təzə, zövqə görə)

Hazırlanması:
Bir qabda ilıq suyu, quru mayanı və şəkər tozunu qarışdırın, duz və bitki yağı əlavə edin, yaxşıca qarışdırıb tədricən un əlavə edərək xəmir yoğurun. Pizza xəmiri qatılığında alınmalıdır.

Xəmiri isti yerdə ən azı 5 dəqiqə saxlayın, ya da içi hazırlayacağınız müddət qədər.

Əti ət maşınından keçirin. Baş soğan və pomidoru, şirin bibəri xırda doğrayın. Sonra blenderdə duz və ədviyyat əlavə etməklə eynicinsli kütlə alınanadək xırdalayın.

Gəlmiş xəmirdən yumurta boyda parça qoparıb kündələyin, bacardıqca nazik yayın. Yuxa çox nazik olmalıdır.

Xəmirin üzərinə içdən nazik yayın.

Bu qayda ilə digər yuxaları da hazırlayın. Bitki yağı çəkilmiş siniyə düzüb 250-270 dərəcə qızdırılmış sobaya qoyun.

Qızılı-qəhvəyi rəng alıncayadək bişirin.

Süfrəyə isti-isti, doğrayıb verin.

Nuş olsun!
Etiketlər: nazik, istiot, əlavə, qırmızı, yayın, şirin, şəkər, bitki, soğan, içdən, bacardıqca, üzərinə, eynicinsli, kündələyin, olmalıdır, Xəmirin, parça, xəmirdən, Gəlmiş, xırdalayın
BİZİ İZLƏYİN