• Tas kabablı plov resepti - Video + FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 682

Tarix : 8-08-2014, 23:32

Bölmə : Ət yeməkləri / Aş - Plov / Foto reseptlər / Video reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q quzu əti
2 soğan
1 dəstə cəfəri
0,5 dəstə nanə
2 ç.q. cirə
1 ç.q. darçın
1 ç.q. hil
2 x.q. kərə yağı
0,5 st. isti su
duz
qara istiot

Plov:
2 st. düyü
2 x.q. kərə yağı
2 st. isti su
duz

Hazırlanması:
Soğanı kubik doğrayın. Cəfəri və nanəni xırdalayın. Cirə və hili həvəngdəstədə döyün. Bir qabda quşbaşı doğranmış əti soğan, cəfəri, nanə, cirə, darçın, hil, duz və qara istiotla qarışdırıb soyuducuda 4-5 saat saxlayın.

Düyünü ilıq duzlu suda 1 saat saxlayın.

Əti soyuducudan çıxarıb odadavamlı, təxminən 15 sm diametrli bir qabın (dəmir tasın) içinə qoyun, sonra dərin tavaya (yaxud qazana) tərs çevirin. Həmin qabın üzərinə uyğun ölçülü ağır bir əşya qoyun. 0,5 st. qaynar su və 2 x.q. kərə yağını tavaya əlavə edin, ocağın üstünə qoyun. Vam odda, suyu azalarsa, əlavə edərək, 2 saat bişirin.

Bu müddət bitdikdən sonra eyni tavaya (ətin üzərini açmadan) 2 st. qaynar su, 2 x.q. kərə yağı əlavə edin. Suda saxladığınız düyünü süzüb tasın kənarı ilə tavaya yerləşdirin. Duz əlavə edin. Qazanın qapağını örtüb düyü suyu çəkənə qədər bişirin.

Tas kabablı plov resepti - Video + FOTO RESEPT


Hazır olandan sonra ətin üzərindəki tası çıxarın, əti yenidən içinə yığın. Buludun ortasına tərs çevirin. Düyünü ətin kənarı ilə düzün.



Nuş olsun!
Etiketlər: əlavə, tavaya, qoyun, sonra, tasın, qabın, kənarı, içinə, çevirin, saxlayın, qaynar, bişirin, Düyünü, darçın, cəfəri, dəstə, soğan, ortasına, düzün, yığın
BİZİ İZLƏYİN