• Sobada badımcan, bibər, pomidor dolması resepti

Reseptin məlumatları Baxış sayı: 16 770

Tarix : 5-04-2017, 12:00

Bölmə : Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
750 bişmiş qiymə (qoyun və ya mal əti)
3 soğan
5 ədəd balaca badımcan
5 ədəd bibər
5 ədəd pomidor
1 dəstə keşniş
1 dəstə şüyüd
1 dəstə reyhan
kərə yağı
duru yağ
duz/istiot

Hazırlanması:
Əvvəlcə soğanı xırda xırda doğrayıb yağda qızardırıq. Üzərinə qiyməni (əgər qiymə donmuş haldadırsa biraz donunun açılmağını gözləməlisiniz)əlavə edib qarışdırırıq, üzərinə 1 stekan su töküb qazın aşağı dərəcəsində suyunun çəkilməyini gözləyirik. Ətin suyu çəkilib tam yağa düşəndən sonra birazda yağda qızardıb sonra qazdan götürürük, üzərinə duz istiot və göyərtiləri xırda xırda doğrayıb əlavə edirik. (QEYD: Siz soğanı bir başa ət çəkən maşınla qiymənin üzərinə əlavə edib, o cür də bişirə bilərsiniz, təmamilə zövqə görə.)

İçliyi hazırladıqdan sonra badımcan, bibər və pomidoru hazırlamağa başlayırıq, badımcanın saplağı kəsilir, uzununa kəsilir və içi duzlanır (duzlanmış badımcanı 15 dəqiqə saxlayırıq ki acısı çıxsın), sonra badımcanları əlnən sıxıb suyunu çıxardırıq və duru yağda bir az qızardırıq.

Pomidorun baş hissəsi qapaq kimi kəsilir və içi qaşıqla çıxardılır (içini qiyməyə də doğrayıb qatmaq olar).

Bibərin saplağı kəsilir və həmin hissəsi qapağ kimi kəsilir.

Pomidor, bibər və badımcanın içinə az miqdarda duz və istiot vururuq. Hər birinin içini qiymə ilə doldurub soba qabına yığırıq.

Badımcanları qızartdığımız yağı yeməyin üstünə töküb 200 dərəcədə qızdırılmış sobada bişməyə qoyuruq. Yeməyin suyu çəkilib yağa düşəndə götürürük.

Nuş olsun!
Etiketlər: kəsilir, sonra, xırda, dəstə, üzərinə, əlavə, doğrayıb, yağda, qiymə, istiot, bibər, çəkilib, götürürük, içini, töküb, hissəsi, qızardırıq, soğanı, badımcan, badımcanın
BİZİ İZLƏYİN