• Kələmin faydaları

Reseptin məlumatları Baxış sayı: 2 425

Tarix : 28-04-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Ağ kələmin tərkibi demək olarki insan həyatı üçün zəruri olan vitamin toplusundan ibarətdir. Bunlar provitamin A, vitamin C, B1, B2, B3, B6, K və mədə xorasının qarşısını almağa kömək edən U vitaminləridir.
Onun tərkibində karbohidratların yağa çevrilməsinin qarşısını alan tartron turşusu vardır. Baş kələmin şirəsində mədə və onikibarmaq bağırsaq xorasının sağalmasına kömək edən maddə – V vitamini olur. Kələm suyu mədə şirəsinin ifrazını artırır, o həmçinin ödqovma xassəsinə də malikdir. Onu qastrit və xora xəstəliyinin qarşısını almaq üçün 2-3 həftə gündə 3 dəfə 0,5 stəkan içmək lazımdır. Kələm suyunu +2*C-də ancaq 1 gün saxlamaq olar. İltihabi xəstəliklərdə, yanıqlarda, əzilmədə həmin yerə kələm qoyulur. Kök və kələm suyu qarışığı vitamin C-nin əla mənbəyini təşkil edir. Beləki, bu da paradantozun yaranmasına səbəb olan bəzi damaq xəstəliklərinin qarşısını alır.
Etiketlər: qarşısını, vitamin, Kələm, xorasının, kömək, kələm, kələmin, lazımdır, saxlamaq, ancaq, suyunu, gündə, xəstəliyinin, qastrit, malikdir, almaq, həftə, stəkan, İltihabi, içmək
BİZİ İZLƏYİN