Üzüm – çoxillik, odunlaşmış liana bitkisidir. Aprel-may aylarında çiçəkləyir, iyul-oktyabr aylarinda isə meyvəsi yetişir. Mədəni üzümün yüzlərlə çeşidi yaradılmışdır. Meyvələrini tərkibində 27%-ə qədər şəkərlər, 1%-ə qədər alma, şərab, limon, quzuqulagı və digər üzvi turşular, C, B1, B6, B12, PP vitaminləri, karotin, K, Ca, Fe v. Digər mineral elementlər aşkar edilmişdir.
Üzüm orqanizmə ümumi möhkələmdirici, həmçinin iltihabəleyhinə, yüngül bəlğəmtəmizləyici, sidikqovucu, ödqovucu və işlədici təsir göstərir, qanyaranma proseslərini və maddələr mübadiləsini yaxşılaşdırır, xolesterinin orqanizmdən xaric olmasını təmin edir.
Üzüm aterosklerozda, xroniki bronxitdə, bronxial astmada, xroniki qastritdə, hepatitdə, xolesistitdə, qəbizlikdə, babasildə, xroniki pielonefritdə, podaqrada, həmçinin hipo- və avitaminozlarda tətbiq edilir.
Bu məqsədlə üzümün təzə dərilmiş və ya qurudulmuş meyvələrini yeyir, təzə şirəsini qəbul edirlər. Müalicəyə başlayanda üzümün şirəsini gündə 2-3 dəfə, hər dəfə 50 ml qəbul edirlər, sonra hər 3 gündən bir dozanı 50 ml artırırlar və 250 ml-ə çatdırırlar.
Üzümlə aparılan pəhriz müalicəsi 1-1,5 ay ərzində davam edir və meyvəsinin qəbulu gündə 2kq-a çatdirilir.
Şəkərli diabetdə, piylənmədə, mədə və onikibarmaq bağırsaq xoralarının kəskinləşmə dövrlərində, ağciyərin iltihabi proseslərində, hipertoniya və ödemlərlə müşayiət olunan ürək çatmamazlığında, bağırsaqlarda qıcqırma prosesləri gücləndikdə üzümdən istifadə etmək olmaz.
Etiketlər: üzümün, xroniki, edirlər, qəbul, qədər, həmçinin, gündə, şirəsini, dozanı, gündən, sonra, babasildə, artırırlar, çatdırırlar, pəhriz, aparılan, qəbizlikdə, Üzümlə, başlayanda, Müalicəyə