• Portağal mühüm askorbin turşu qaynağıdır

Reseptin məlumatları Baxış sayı: 2 119

Tarix : 19-09-2018, 14:00

Bölmə : Faydalı bitkilər


PORTAĞAL - Xərçəng xəstələyinin qarşısını alan portağal almadan sonra dünyanın ən çox istifadə olunan meyvəsidir. İlk çağların "qızıl alma"sı sayılan portağal daxili incə pərdələrlə örtülmüş kisəciklərlə dolu sulu meyvədir. Göbəkli portağal, çəyirdəkli və ya çəyirdəksiz sarı portağal, qreyprut portağal, turş olmayan portağal olmaqla dörd qrupa ayrılır. Sitrus bitkiləri ailəsinə aid olan və tərkibində xüsusi qoxulu yağ olan bu meyvənin ana vətəni Çindir. Daha sonra başda İspaniya olmaqla, bütün Aralıq dənizi ölkələrində, Cənubi Afrika və Amerika kimi isti bölgələrdə yetişdirilməyə başlanmışdır. Portağalın bir çox növü ölkəmizdə də yetişdirilir.

Portağal mühüm askorbin turşu qaynağıdır. Xüsusilə C vitamini cəhətdən olduqca zəngin olan portağal soyuqdəymə və qrip xəstəlikləri üçün çox faydalıdır. Portağalın tərkibində çoxlu sayda antioksidant da var.

Bu meyvənin qış aylarında insanların xidmətinə verilməsi isə uca Allah'ın insanlara olan lütfüdür. Çünki insanların immunitet sistemini gücləndirən vitaminlərlə zəngin olan portağal sulu meyvə olmasıyla da bu tip narahatlıqlarda su itkisinin qarşısını almaq üçün istifadə edilir.
Etiketlər: portağal, istifadə, zəngin, insanların, sonra, olmaqla, meyvənin, Portağalın, qarşısını, tərkibində, olduqca, xəstəlikləri, faydalıdır, cəhətdən, soyuqdəymə, turşu, Portağal, yetişdirilir, ölkəmizdə, başlanmışdır
BİZİ İZLƏYİN