Gül kələmi ən faydalı, azkalorili və asan mənimsənilən tərəvəzlərdən biridir.
— Gül kələmi C vitamini ilə olduqca zəngindir. C vitaminin miqdarına görə gül kələmi hətta limonu da üstələyir. C vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını möhkəmləndirir.
— Gül kələminin tərkibində nadir U vitamini var. Bu vitamin mədə və 12 barmaq bağırsağı selikli qişasının bərpasına, xora və eroziyaların daha tez sağalmasına kömək edir. Məhz bu səbəbdən xora xəstəliyindən əziyyət çəkən insanlara bu tərəvəzi yeməyi tövsiyə edirlər.
— Gül kələmi həzm proseslərinə olduqca müsbət təsir edir. Qidalı liflərlə zəngin olan bu tərəvəz qəbizliklə mübarizə etməyə kömək edir, bağırsaqları yaxşı təmizləyir.
— Fol turşusu və dəmirlə zəngin olan gül kələmi qanyaratma sistemi üçün çox faydalıdır. — Gül kələmi beta-karotinlə zəngindir. Bumaddə orqanizmdə A vitamininə çevrilir. A vitamini güclü antioksidantdır, orqanizmi cavanlaşdırır, dərinin vəziyyətini və görməni yaxşılaşdırır.
— Gül kələmi arıqlamağa kömək edir. Bu səbəbdən bu tərəvəz əksər pəhrizlərə daxil edilir. Gül kələmi mübadilə proseslərini sürətləndirir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır.
— Gül kələmi qanda «pis» xolesterolun səviyyəsini aşağı salır, ürək və damarları onun mənfi təsirindən qoruyur.
— Kaliumla zəngin olan gül kələmi arterial təzyiqi normallaşdırır, ödemləri azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.
— Tərkibində çoxlu miqdarda B qrupu vitaminlərinin olmasına görə sinir sisteminə çox müsbət təsir edir.
— Kalsium və fosforla zəngin olan gül kələmi sümüklər və oynaqlar üçün də çox faydalıdır.
— Alimlər sübut edir ki, gül kələmi xərçəng əleyhinə təsirinə malikdir, xərçəng hüceyrələrin inkişafını ləngidir, sağlam hüceyrələri qoruyur.
Etiketlər: kələmi, zəngin, vitamini, kömək, təsir, müsbət, qoruyur, yaxşılaşdırır, tərəvəz, sürətləndirir, azaldır, sisteminə, faydalıdır, səbəbdən, zəngindir, xərçəng, olduqca, hüceyrələrin, iştahanı, parçalanmasını